Çində gey məcburi müalicə barədə iddianı qazanıb

LGBT Fotonun müəllifi AFP
Image caption Hüquq müdafiəçilərinin məlumatına görə, qohumları və cəmiyyət tərəfindən təzyiqə məruz qalan milyonlarla gey öz cinsi orientasiyalarını etiraf etməkdənsə heterseksual nigahlara daxil olmağa üstünlük veririlər

Mərkəzi Çin məhkəməsi "homoseksuallıqdan məcburi müalicə" aldığına görə, LGBT nümayəndəsinə təzminat ödənilməsi və ondan üzr istənilməsi barədə qərar çıxarıb.

Yu soyadlı iddiaçı 2015-ci ildə həyat yoldaşı və onun qohumları tərəfindən Xenan vilayətinin Çjumadyan şəhərindəki psixatriya xəstəxanasına məcburi müalicəyə göndərildikdən sonra məhkəməyə müraciət edib.

Xəstəxanada qaldığı 19 gün ərzində iddiaçıya iynə vurulub və həblər verilib.

Məhkəmənin qərarına görə, ictimaiyyət üçün təhlükə olmadıqda insanın psixatriya xəstəxanasına məcburi yerləşdirilməsi insan haqqlarının pozulması deməkdir.

Bu ilin may ayında məhkəmə Yu-ya "cinsi seçimlərin pozulması" diaqnozunu qoyan xəstəxanadan yerli qəzetlərdən birində ondan üzr istəməsini və 735 dollar dəyərində təzminat ödəməsini tələb edib.

2014-cü ildə homoseksualların hüquqlarını müdafiə edən fəallardan biri Pen Yanxuey özəl psixatriya xəstəxanasında elektroşokla "homoseksuallığın müalicəsi" barədə informasiya almaq üçün müalicə kursu keçib.

Müalicənin bu üsulu barədə məlumat xəstəxananın reklamında yer almışdı. Bundan sonra Pen Yanxuey klinika barədə iddia qaldıraraq "müalicə" zamanı məsxərəyə məruz qaldığı üçün təzminat tələb edib.

Məhkəmə ona 500 dollar təzminat ödənilməsi barədə qərar çıxarıb.

Məhkəmənin qərarıyla klinikanın reklamı ləğv edilib.

2001-ci ilə qədər Çində homoseksuallıq müalicəsi mütləq olan ruhi xəstəlik kimi qəbul edilirdi. Buna baxmayaraq, Şanxay kimi bəzi şəhərlərdə geylərin paradı və festivalı keçirilir.

Lakin Çində geylərə qarşı kifayət qədər mühafizəkar münasibət var.

Hüquq müdafiəçilərinin məlumatına görə, qohumları və cəmiyyət tərəfindən təzyiqə məruz qalan milyonlarla gey öz cinsi oriyentasiyalarını etiraf etməkdənsə heterseksual nigahlara daxil olmağa üstünlük veririlər.

May ayında Çin hökuməti geylərin və lezbilərin mobil tanışlıq proqramını bağlayıb.

2016-cı ildə Çin məhkəməsi ölkənin cənub-şərqində yerləşən Changsha şəhərindən olan iki sakinin şəhər rəhbərləyinə qarşı qaldırdığı iddianı rədd edib.

Şəhər rəhbərliyi eyni cinsdən olanların nigaha daxil olmasına etiraz edib.

Bu, Çində homoseksuallığın qanuniləşdirilməsinə edilən ilk cəhd idi.

Çin qanunlarına görə, nigah ər və arvad arasında bağlanır. Lakin qanunda ərin mütləq kişi və ya arvadın mütləq qadın olması barədə heç bir məlumat yoxdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş