Canlı aləmin ən güclü təpikləri və zərbələri

Fotonun müəllifi Lou Coetzer
Image caption Zebranın təpiyi çox ağır olur

Məhəmməd Əli nə qədər güclü boksçu olsa da, canlı təbiət aləmində ondan da güclü varlıqlar mövcuddur.

Heyvanat aləmində döyüş şan-şöhrət uğrunda yox, yaşamaq uğunda gedir.

Fotonun müəllifi Georgette Douwma
Image caption Peacock mantis shrimp (Odontodactylus scyllarus) kreveti

Bəlkə elmə tanış olan ən sürətli zərbə sahibi mantis shrimps adlı dəniz xərçəngkimiləridir. Xüsusiləşmiş ön ayaqlarından istifadə edərək, onlar ovladıqları canlıya şokedici zərbə vururlar. Zərbə o dərəcədə güclü olur ki, suda kiçik bir partlayışdakı kimi istilik, işıq və səs yaradır.

Bəzi növlərdə ayaqlar deşici zərbə vurmaq üçün nizə kimi inkişaf edib, lakin digərlərinin ayaqları zopa kimi zərbə endirə bilir. Belələri akvariuma düşəndə bir zərbə ilə akvariumun şüşəsini qıra bilərlər.

Şimali Carolina-nın Duke Universitetindəki Sheila Patek-in laboratoriyası heyvanların sürətli hərəkətlərini öyrənməkdə ixtisaslaşır. Patek-in qrupu müəyyənləşdirib ki, peacock mantis shrimps adlı xərçəngkimilər 800 mikrosaniyədəndən az bir müddət ərzində öz çəkilərindən təxminən 2,500 dəfə artıq olan bir güc yarada bilirlər.

Patek-in bildirdiyinə görə, həmin mantis shrimp xərçəngkimilərdə bu qabiliyyət onların ayaqlarının daxilində yay-əyləc-kilid sisteminə bənzər bir mexanizmin olması ilə bağlıdır.

"Mantis shrimp elastiklik enerjisini yay kimi toplayır və zərbə vurulan anda işə salır", - deyir Patek.

Rəqib krevetlər döyüşə başlamazdan əvvəl bir-birilərinə nəzər yetirib, uzaqdan ölçür və yalnız son çarə kimi zərbəyə müraciət edirlər. Döyüş zamanı krevetlər qarın nahiyələrini qorumağa çalışır. Rəqibin zərbələrinə tab gətirə bilən krevet qalib çıxır.

Fotonun müəllifi Solvin Zankl
Image caption Tələçənə qarışqası (Odontomachus sp.)

Patek tələ çənəli qarışqalar adlanan böcəkləri də öyrənib.

Bu həşəratlar çənələri ilə ovu inanılmaz sürətlə vurub tutmağa qadirdir. Onlar, aralarındaki mübahisələri dava-dalaş yolu ilə, bir-birlərini antena bığlcıqarı ilə vuraraq həll edirlər.

Sosial təbiət sayılan böcəklər - qarışqalar, arılar - müxtəlif hallarda bığcıqlardan tez-tez istifadə edirlər.

Lakin pətəkdə kimin başının olmasının müəyyənləşdirilməsi bığçıq müharibəsi olmadan baş tutmur.

2016-cı ildə tədqiqatçılar yüksəksürətli kameraların köməyi ilə dörd tələçənə qarışqasının öz antenləri vasitəsilə bokslaşmasını görüntüləyib. Floridada rast gəlinən Odontomachus brunneus adlı qarışqa rəqibinə saniyədə 41,5 dəfə yumruq vurub. Tədqiqatçılar bu qarışqanı dünyanın "ən sürətli boksçusu" adlandırıb.

Məməlilər arasında, ehtimal ki, ən məşhur zərbə yetirənlər qəhvəyi dovşanlardır (Lepus europaeus).

Fotonun müəllifi Andy Rouse
Image caption Avropa dovşanları (Lepus europaeus) bokslaşır.

Dovşanlar yaz mövsümündə cütləşmə dövrü başlayan kimi tez-tez duel döyüşünə çıxır. Dövşanlar dava-dalaşı qabağ pəncələrilə edir.

"Mart dovşanı kimi dəli" ifadəsi də elə buradan doğub.

Əvvəllər düşünülürdü ki, dava-dalaş yalnız erkək dovşanların məşğuliyyətidir.

Lakin müasir tədqiqatlar göstərib ki, boks döyüşlərini çox vaxt dişi dovşanlar başlayır. Onlar bu yolla sırtıq pərəstişkarlardan yaxa qurtarmaq istəyirlər.

Dişi dovşanların il ərzində reproduktiv dövrü qısa olur, bu səbəbdən erkək dovşanlar inadcıl olmalıdırlar.

Avstraliyada erkək kenquruların qabarıq biseps əzələləri döyüşlərin dişi uğrunda baş verməsindən xəbər verir.

2013-cü ildə keçirilmiş tədqiqatın nəticələrinə görə, erkək kenquruların qabaq pəncə əzələlərinin həddən artıq inkişaf etməsi cinsi seleksiyanın nəticəsidir.

Erkək kenqurular aralarındakı mübahisələri dava-dalaşla həll edirlər və daha inkişaf etmiş əzələlərə malik olanlar üstünlük əldə edirlər.

Amma kenquruların boksda üstünlüyü şübhəsizdir. Dominant kenquru quyruğuna söykənib rəqibini bərk tutaraq güclü və iticaynaqlı ayaqları ilə ona çoxsaylı və sürətli zərbələr endirir.

Kenquru eləcə də özünü müdafiə edərkən təpik atır.

Təpikdən söz düşmüşkən, dırnaqlı heyvanın təpik atması daha ağır olur.

Fotonun müəllifi Catherine JOUAN - Jeanne RIUS
Image caption Dalaşan boz kenqurular (Macropus giganteus)

Atın arxa ayaq zərbəsi ağır olur - bunu hamı bilir, xüsusilə də zərbə iki ayaqla vurulursa.

Zebranın zərbəsi deyilənə görə, daha ağırdır.

California-nın Davis Universitetindən Tim Caro zebraları daha yaxşı öyrənmək üçün hətta əyninə zebra qiyafəsini də geyib.

2016-cı ildə nəşr etdiyi kitabında o, zebraların yırtıcının öhdəsindən necə gəldiyini təsvir edib.

Video görüntülər göstərir ki, zebralar şirləri sinəsindən təpiklə vurur, amma bu zərbənin ölümcül olub-olmaması barədə elmi təsdiq yoxdur.

Təpik ata bilən digər heyvanlar arasında straus və zürafə qeyd olunmalıdır. Hər ikisi təpik atmaqla hətta iri yırtıcı heyvana da xəsarət yetirməyə qadirdir.

2016-cı ildə Yer Planeti 2 filmində zürafənin şiri necə təpiklədiyi göstərilmişdi.

Bununla belə, bu cür təpiklər öldürməkdənsə, daha çox özünümüdafiə məqsədi daşıyır, baxmayaraq ki, onurğa sütünu və ya çənəyə dəyən zaman həmin bu zərbə, heyvanı öldürə də bilər.

Ölümcül zərbə sahibləri isə adətən yırtıcı heyvanlar olur.

Fotonun müəllifi Laurent Geslin
Image caption Vahiməli katibəquşu qartalı (Sagittarius serpentarius)

Afrikadakı Böyük Səhranın cənub hissəsində rast gəlinən qartal növünə "uzunayaqlı Nindza qartalı" da deyilir.

Onun qeyri-adi görünüşü olsa da, qidalandığı zəhərli ilanları başından tək güclü zərbə ilə öldürür.

2016-cı ildə aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, katibəquşu adlandırılan yırtıcı quşun zərbəsinin gücü onun özünün çəkisini 5-6 dəfə üstələyir, zərbə isə insanın göz qırpımının onda biri vaxtı ərzində edilir.

Eyni ov üsulu, görünür, qədim dövrlərdə Cənubi Amerikada yaşamış nəhəng quruda gəzən quşlarda da olub.

Arxeoloji tapıntıların təhlilinə görə, Mesembriornis növünə aid edilən bu quşların güclü ayaqları olub.

Bunu nəzərə alan alimlər güman edir ki, həmin quşlar ovladıqları heyvanları sümük sındıran zərbə ilə öldürüblər. Bu yolla qədim yırtıcı quşlar qidalarını iliklə zənginləşdirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş