ABŞ və Cənubi Koreya Şimalın sınağına cavabı ballistik raket təlimi ilə veriblər

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
ABŞ və Cənubi Koreya birgə ballistik raket təlimi keçirir

Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirəndən sonra ABŞ və Cənubi Koreya Şimalın bu addımına hərbi təlimlə cavab verib.

ABŞ və Cənubi Koreya Şimali Koreyanın uzaqmənzilli raket sınağından sonra birgə ballistik raket təlimi keçiriblər.

Güman edilir ki, Şimali Koreyanın sınaqdan keçirdiyi uzaqmənzilli raket Alyaskaya çatmaq gücündədir.

İki müttəfiq bildirib ki, onlar tərəfindən nümayiş etdirilən təmkinlik "hər an dəyişə bilər".

"Şimal üçün bunun əksini düşünmək "ağır səhv" olardı", müttəfiqlər bildirib.

Çin və Rusiya Şimali Koreyanı öz hərbi proqramını dayandırmağa çağırıb, o şərtlə ki, bunun əvəzində ABŞ və Cənubi Koreya da başladıqları birgə hərbi təlimi dayandırsınlar.

Şimali Koreyanın son raket sınağı BMT Təhlükəsizlik Şurasının qadağasına zidd olaraq keçirilib.

ABŞ yaranmış vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

Bağlı qapılar arxasında keçirilməsi nəzərdə tutulan iclas çərşənbə gününə təyin olunub.

Çərşənbə axşamı günü Pxenyan qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bəyan edib.

Bu barədə daha geniş