Panama Sənədləri: Almaniya sızan məlumatlar üçün ‘milyonlar ödəyir’

The German Sueddeutsche Zeitung revealed the Panama Papers leak on 4 April 2016 Fotonun müəllifi AFP
Image caption Nəhəng məlumat sızıntısının - 2010-cu ildə Wikileaks-n yaydığı məlumatlar- əks-sədası hələ də gəlir

Almaniya, Panama Sənədlərində qeyd olunan ofşor vergi yayınması ilə bağlı milyonlarla avro ödəyib, hesabatda deyilir.

Federal Cinayət Şöbəsi (BKA) bildirib ki, detallı qiymətləndirmə üçün çox milyonluq fayl ehtiyatını elektron varianta salacaq.

Məbləğ təsdiq olunmasa da, dövlət mənbələri Alman mediasına artıq 5 milyon avro ödənildiyini bildirib.

Ötən il sızan sənədlərdə var-dövlətini gizlətmək üçün vergidən yayınan zəngin və güclü insanların adlarını qeyd olunmuşdu.

Sızıntılar dövlət başçıları, biznesmenlər və məşhurları pis vəziyyətdə qoymuşdu. Hətta, bəziləri vəzifələrindən istefa verməyə məcbur olmuşdular.

Aylar çəkən istintaq

Təxminən 11.5 milyon sənəd Panamanın hüquq şirkəti olan Mossack Fonseca tərəfindən əvvəlcə Almaniyanın Süddeutsche Zeitung-ı və sonra digər xəbər təşkilatlarına sızıb.

Süddeutsche, mənbələrin məxfiliyini qorumaq məqsədilə ilə sənədləri verməkdən imtina etdiyini və federal polis və istintaqçılardan ibarət bir dəstənin yerli rəsmilərlə görüşməsi üçün ötən həftə Panamaya yollandığını deyib.

Qeyri-qanuni yolla əldə edilən məlumat üçün böyük məbləğin ödənilməsi Almaniya Konstitusiya Məhkəməsi tərəfindən qanuni olaraq təsdiqlənsə də, mübahisələr davam etməkdədir.

Danimarka keçən sentyabrda 600 vətəndaşı ilə bağlı məlumatı almaq üçün az məbləğ ödəsə də, müxalifət partiyaları qərarı "məsuliyyətsiz" adlandırıblar.

Panama Sənədləri tarixin ən böyük sızıntısıdır. Bəzi sənədlər müxtəlif media təşkilatları tərəfindən çap olunsa da, bir çoxu hələ də gizli saxlanılır.

Almaniya, Fransa və Böyük Britaniya da əvvəllər vergidən yayınmanın qarşısını almaq üçün müəyyən məbləğlər ödəyib.

"Bu məlumatlara baxılır və Hesse dövlət vergi orqanları ilə birgə cinayət və maliyyə pozuntularının irəli sürülməsi üzrə qiymətləndirmə aparılır," BKA ilə Hesse-n İqtisadiyyat Nazirliyi və Frankfurt prokurorluğunun birgə məruzəsində deyilib.

Vergi fırıldaqçılığı ilə yanaşı, təhqiqatçılar silah alveri və mütəşəkkil cinayətkarlıq üzrə də araşdırma aparacaqlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş