Trump Rusiyaya: Ukraynanı rahat burax

People holding portraits of US President Donald Trump and Polish President Andrzej Duda wait at Krasinski Square in Warsaw, 6 July Fotonun müəllifi Reuters
Image caption Çıxışı dinləyən polşalılar cənab Trump və Polşa Prezidenti Andrey Dudanın şəkillərini daşıyırdılar.

ABŞ Prezidenti Donald Trump G-20 zirvə görüşündən əvvəl Polşanın paytaxtı Varşavada çıxışında Rusiyadan Ukraynada sabitliyi pozmamasını tələb edib və Qərb sivilizasiyasının təhlükədə olduğunu deyib.

Cənab Trump Almaniyanın Hamburq şəhərində keçiriləcək G-20 zirvə görüşündən əvvəl Polşaya səfərə gəlib. Polşanın mühafizəkar hökuməti cənab Trump kimi genişmiqyaslı immiqrasiyaya qarşıdır və güclü suverenlik tərəfdarıdır.

Onun Krasinski küçəsində yerləşən 1944-cü il üsyanına həsr olunmuş abidənin qarşısındakı çıxışını böyük izdiham alqışlayaraq izləyib.

Prezident Trump Rusiyadan Ukraynada sabitliyin pozulmasına yönələn fəaliyyətlərə son qoymasını tələb edib və Suriya və İran kimi ölkələrin rejimlərini dəstək verməməyə çağırıb.

Bunun əvəzinə, o, Rusiyanı "məsuliyyətli ölkələr icmasına qoşularaq sivilizasiyanın müdafiəsi uğrunda birgə düşmənlərə qarşı mübarizə etməyə" çağırıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın sabitliyi pozması iddiasını təkzib edib.


Həmçinin oxuyun:


Çıxışında Polşanı Qərb dəyərlərini müdafiə etməyə hazır olan bir ölkə kimi nümunə göstərərək "terror və ekstremizm" təhlükələri barədə xəbərdarlıq edib.

"Polşanın təcrübəsi bizə xatırladır ki, Qərbin müdafiəsi nəinki onun imkanları, həm də insanlarının qalibiyyət üçün iradəsindən asılıdır", cənab Trump deyib.

"Bizim dövrün ən mühüm sualı budur: Qərbin sağ qalmağa iradəsi varmı?"

ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə ilk dəfə olaraq Hamburqda görüşəcək.

Prezident Putinin sözçüsü Dmitri Peskov Rusiyanın regionda sabitliyi pozduğu iddiasını qəbul etmədiyini deyib.

"Elə bu səbəbdən biz prezidentlərin ilk görüşünü gözləyirik", o, deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş