Harri Kasparov ABŞ turniri üçün təqaüddən geri qayıdır

kasparov Fotonun müəllifi Getty Images

Sabiq şahmat üzrə dünya çempionu Harri Kasparov gələn ay ABŞ-da baş tutacaq turnirdə iştirak etmək üçün təqaüddən geri qayıdır, təşkilatçılar bildiriblər.

15 ildən artıq müddətdə oyunlarda üstünlük qazanmış Kasparov doqquz aparıcı şahmatçı ilə Sinquefield Kuboku uğrunda mübarizə aparacaq

2005-ci ildə peşəkar şahmatdan təqaüdə çıxmış sabiq çempiona Sürət və Hücum yarışında iştirak etmək üçün "vəhşi" giriş kartı verilib.

Yarışda Norveçdən hazırda dünyada "Nömrə 1" hesab edilən Magnus Carlsen və Hikaru Nakamura da iştirak edəcək.

"Fiqurları necə hərəkət etdirməyimi xatırladığımı görməyə hazıram. Bundan sonra yenidən təqaüdə gedəcəyimi elan edəcəyəmmi?", Kasparov Twitter-də paylaşıb.

54 yaşlı Kasparov şahmatda ən yaşlı oyunçudur. Ondan sonra dünyada şahmat üzrə 12-ci yeri tutan 47 yaşlı hindistanlı Viswanathan Anand gəlir.

Fotonun müəllifi Getty Images

"Deyəsən mən şahmatda orta yaş həddi qaldıracağam və orta reytinqi aşağı salacağam", Kasparov zarafat edib.

Kasparov 1985-ci ildə, 22 yaşında olarkən Sovet qrossmeysteri Anatoli Karpov-a itici, həvəsləndirici və hücum üslubu ilə qalib gələrək dünyanın ən gənc şahmatçısı olub.

Azərbaycanda doğulmuş Kasparov "hamısı ilə görən 100 gözlü bədheybət" kimi təsvir olunurdu.

O, şahmatın kompüterləşməsinə marağı cəld anlayaraq İBM-in "Dərin Mavi" super kompüterinə qarşı oynamağa razılıq verib. 1996-cı ildə o kompüterə qalib gəlsə də, növbəti ilki oyunda uduzub.

Hazırda ABŞ-da yaşayan Kasparov 2008-ci ildə prezident Putin olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş