G20 zirvə görüşü: Trump və Putinin ilk təkbətək görüşü baş tutacaq

A t-shirt featuring US President Donald Trump and Russian President Vladimir Putin on 27 June Fotonun müəllifi AFP
Image caption Üzərində ABŞBŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin əks olunmuş kofta

Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 zirvə görüşü zamanı ABŞ prezidenti Donald Trump ilə Rusiya lideri Vladimir Putinin ilk təkbətək görüşünün baş tutacağı gözlənilir.

Hər iki ölkə lideri Suriya və Ukrayna böhranlarına, eləcə də Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə iddia edilən müdaxiləsinə görə zəifləmiş əlaqələrini düzəltmək istədiklərini deyiblər.

G20 zirvə görüşüdən əvvəl etirazçılarla toqquşma zamanı 76 polis zabiti xəsarət alıb. Cümə günü etiraz nümayişlərinin davam edəcəyi gözlənilir.

12 min nəfərin iştirak etdiyi cümə axşamı keçirilən və gecə davam edən "Cəhənnəmə xoş gəlmisiniz" etiraz nümayişində toqquşma zamanı polis butulka, daş və fişəng atan etirazçılara qarşı su şırnaqlarından və bibər spreyindən atəş açıb.

Tibb işçiləri bir neçə nəfəri müalicə edib, azı bir nəfərin ciddi xəsarət aldığı deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Minlərlə insan "Cəhənnəmə xoş gəlmisiniz" etiraz nümayişinə qatılıb

Cümə günü daha kütləvi nümayişlər gözlənilir. Etiraz nümayişinə 100 min nəfərin qatılacağı ehtimal edilir.

Trump və Putinin cümə günü günorta saatlarında görüşəcəyi bildirilir.

Rusiya mətbuatı əvvəlcə görüşün bir saat davam edəcəyini xəbər versə də, daha sonra müddətin təxminən 30 dəqiqə ola biləcəyini yazıb.

Prezidentlərin əsasən Suriya və Ukrayna məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Cümə axşamı cənab Trump Polşanın paytaxtı Varşavada çıxışı zamanı Rusiyadan Ukrayna və digər ölkələrdə "sabitliyi pozmamağı" tələb edib.

O deyib ki, Moskva, həmçinin Suriya və İrandakı kimi "düşmən rejimlərə" dəstək verməyə son qoymalı və "məsul millətlər icmasına qoşulmalıdır".

Prezident Trump Rusiyanı " sivilizasiyanın müdafiəsi uğrunda birgə düşmənlərə qarşı mübarizə etməyə" çağırıb. Kreml onun iradlarını rədd edib.

Fotonun müəllifi Reuters
Image caption Cümə günü daha kütləvi nümayişlər gözlənilir

Rusiya 2014-cü ildə Ukraynanın cənubundakı Krım yarımadasını ilhaq etməkdə və Ukraynanın şərqindəki separatçılara qoşun və silah göndərməkdə ittiham olunur.

Moskva isə bu ittihamları təkzib edir, amma etiraf edir ki, Rusiya "könüllüləri" qiyamçılarla birgə mübarizə aparır.

Suriyada isə Vaşinqton bəzi silahlı müxalifət qruplarını dəstəkləyir, Moskva isə prezident Bəşər Əsədin əsas müttəfiqidir.

Kreml ümumi dil tapmaq üçün potensialın olduğunu vurğulasa da, cənab Trump-ın Varşava çıxışında Rusiyaya yönəlmiş sözlərinin seçimi onu göstərir ki, o cənab Putini siyasi təhlükə kimi tanıyır, BBC-nin əməkdaşı James Robbins deyib.

Bu barədə daha geniş