Qətərə qarşı yeni tədbirlər barədə xəbərdarlıq

Ötən ay Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə əlaqələri kəsiblər. Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Ötən ay Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə əlaqələri kəsiblər

Dörd ərəb dövləti sanksiyaların ləğvi üçün Qətərə təqdim edilən tələblərin rədd edilməsini regional təhlükəsizliyə hədə adlandırıblar.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirliklərinin son bəyanatında Dohaya qarşı yeni tədbirlərin tətbiq olunacağı barədə xəbərdarlıq edilir.

Ötən ay dörd ərəb ölkəsi Qətərlə əlaqələri kəsib. Bu, faktiki olaraq qazla zəngin Körfəz ölkəsinə qarşı blokada sayıla bilər.

Həmçinin oxu:

Qətərdən Al Jazeera TV kanalının bağlanması, İranla əlaqələrin azaldılması və cihadçılara dəstəyin dayandırılması tələb edilir.

Bu həftənin əvvəlində Qətər Səudiyyənin rəhbərliyi ilə yaranmış ərəb ölkələri qrupunun müvafiq ultimatumunu rədd edib.

Fotonun müəllifi EPA
Image caption Qətər sanksiyalara qarşı tab gətirə biləcəyini deyir

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri 13 maddədən ibarət tələblərin rədd olunmasını tənqid ediblər.

Bu, "(Qətərin) bölgədə təhlükəsizliyin pozulmasına yönələn siyasəti davam etdirmək niyyətində olduğunu ortaya qoyur", - cümə axşamı günü dörd ölkə adından yayılan bəyanatda deyilir.

Qətər cihadçılara dəstək verdiyi barədə ittihamları rədd edir.

Bazar ertəsi ABŞ dövlət katibi Rex Tillerson Körfəz böhranının tənzimlənməsində vasitəçi olan Küveytə səfər edəcək.

Bu barədə daha geniş