Ümumdünya Səhiyyə Təşkilatı: oral seks müalicə olunmayan süzənək üçün təhlükəlidir

пара Fotonun müəllifi Getty Images

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, süzənək xəstəliyinin müalicəsi daha da çətinləşib.

Cinsi yolla keçən infeksiya antibiotiklərə cavab vermir.

ÜST-ün reproduktiv sağlamlıq departamentinin nümayəndəsi doktor Teodor Vi-nin sözlərinə görə, ekspertlər 3 hadisəni qeydə alıblar.

Yaponiya, Fransa və İspaniyada həkimlər süzənəyin müalicə olunmayan növü ilə qarşılaşıblar.

"Süzənək çox ağıllı infeksiyadır. Siz hər dəfə onun müalicəsi üçün yeni antibiotik növündən istifadə edirsiniz, amma infeksiyanın müqaviməti daha da güclənir ", - deyə Vi bildirib.

Süzənək cinsi orqanlara, düz bağırsağa və boğaza təsir göstərə bilər.

Məhz son vaxtlar sağlamlıq sahəsindəki vəziyyət ekspertləri xüsusilə narahat edir. Vi-nin açıqlamalarına görə, antibiotiklər boğazın arxa divarında süzənəyin inkişafına təkan verə bilər.

"Siz boğazınızdakı iltihabın müalicəsi zamanı antibiotiklərdən istifadə edirsiniz, onlar boğazınızda Neisseria (Neisseria gonorrhoea - süzənəyə səbəb olan bakteriya) ilə qarışır ", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bu proses nəticəsində infeksiyanın müqaviməti artır.

Ekspertlər xəbərdarlıq ediblər ki, oral seks zamanı əlverişli mühitə düşən süzənək bakteriyaları supersüzənəyə - infeksiyanın müalicəsi çətin olan ağır formasına gətirib çıxarır.

ABŞ-da bakteriyaların antibiotiklərə qarşı yüksək müqavimət göstərməsi halı eynicinslə sekslə məşğul olan bir kişidə qeydə alınıb.

Doktor Vi bildirb ki, səbəb isə eynidir - boğazda infeksiya.

Ekspertlərin fikrincə, HİV virusuna yoluxmaq təhlükəsi azaldığı üçün insanlar qoruyuculardan daha az istifadə edirlər və bu da infeksiyanın yayılmasına şərait yaradır.

Əlaqəli mövzular

Bu barədə daha geniş