Sibir pələnginin nadir "selfie" şəkli

Sibir pələngləri - Leopard Torpağı milli parkı, Rusiya, Sibir (İyul, 2017) Fotonun müəllifi Land of the Leopard national park
Image caption Şəkillərdə Sibir pələngi ailəsinin həyatından bəhs edən görüntülər əks olunub

Rusiyanın Uzaq Şərq regionunda nadir Sibir pələnglərinin xəlvət çəkilmiş fotoları Leopard Torpağı adlı milli park tərəfindən dərc edilib.

Fotoşəkillərə pələng ailəsi düşüb.

Parkda, güman edildiyinə görə, 22 yekə və 7 bala pələng var.

Parkın ərazisi 260,000 hektar sahə tutur.

Bir vaxtlar brakonyerlərə görə pələnglərin nəslinin kəsilməsi təhlükəsi reallaşmışdı, lakin indi bu heyvanların sayı bərpa olunur.

Leopard Torpağı parkı bildirib ki, gizli avtomatik kamera ilə çəkilmiş görüntülərdə ilk dəfədir ki, bir pələng ailəsinin həyatı olduqca yaxından əks olunub.

Fotonun müəllifi Land of the Leopard national park
Image caption Ekspertlərə görə, çəkilmiş şəkillər Sibir pələngi ailəsinin həyat tərzi barədə nadir bilgi əldə etmək imkanı yaradır.
Fotonun müəllifi Land of the Leopard national park
Image caption Ana pələng bundan əvvəl də alimlər tərəfindən müşahidə olunub və ona T7F kodu verilib.
Fotonun müəllifi Land of the Leopard national park
Image caption Bala pələnglərdən biri kameranın üzərinə yeriyərək cihazı yıxıb, yaddaş kartı kameradan çıxaraq düşüb və nəticədə çəkiliş bitib.

Kameralar pələngləri və leopardları monitorinq etmək üçün parkda qoruqçular tərəfindən qurulub, The Siberian Times nəşri bildirib.

Videoda ana pələng balaları ilə birgə lentə alınıb.

Həmin dişi pələng bundan əvvəl də alimlər tərəfindən müşahidə olunub və ona T7F kodu verilib.

Bu ana pələng 2014-cü ildə 3 balası ilə kameralara düşmüşdü.

Həmin balalar, güman edildiyinə görə, böyüyüb Sibirdən qonşu Çinə keçiblər.

Çəkiliş zamanı bala pələnglərdən biri kameranın üzərinə yeriyərək cihazı yıxıb, yaddaş kartı kameradan çıxaraq düşüb və nəticədə çəkiliş bitib.

Leopard Torpağı milli parkı Rusiyanın Uzaq Şərq bölgəsinin cənub şərqində Primorsk diyarında yerləşir.


Sibir pələngi

  • Amur pələngi kimi də tanınır, təbii yaşayış mühiti Rusiyada yerləşir. Rusiyanın zəif iqtisadi durumu pələnglərin qırılması təhlükəsini artırır.
  • Rusiyada onların ovlanması ciddi şəkildə qadağan olunsa da, qoruqçular heyvanı brakonyerlərdən qorumaq üçün xeyli səy göstərməli olurlar.
  • 1930-cu illərdə pələnglərin nəsli kəsilmək həddinə çatmışdı, yalnız 20-30 pələng qalmışdı.
  • İndi isə, təxminlərə görə yerli meşələrdə 600-dək Sibir pələngi var.

Əlaqəli mövzular

Bu barədə daha geniş