G20: Mübahisələrə baxmayaraq, Trump danışıqların "gözəl bir uğur" olduğunu deyib

US President Donald Trump and first lady Melania Trump board Air Force One as they depart Hamburg, Germany, for Washington, 8 July 2017 Fotonun müəllifi Reuters
Image caption Cənab Trump Almaniya Kansleri Angela Merkel-in sammiti "gözəlliklə" keçirdiyini deyib

ABŞ Prezidenti Donald Trump Almaniyada keçirilən G20 zirvə görüşündə iqlim dəyişikliyi mövzusunda ABŞ-ın digər iştirakçılardan fərqli mövqe nümayiş etdirməsinə baxmayaraq, sammitin "gözəl bir uğur" olduğunu deyib.

Birgə bəyanatda, 18 ölkə lideri və Avropa İttifaqı (Aİ) ABŞ-ın Paris iqlim razılaşmasından çıxmasını qəbul etdiklərini bildiriblər.

Lakin onlar həmçinin iqlim dəyişikliyi ilə bağlı öhdəlikərə sadiq olduqlarını təkrarlayıblar.

İqlim dəyişikliyi mövzusunda ABŞ və difər iştirakçılar arasında yaranmış mübahisə zirvə görüşünün son günündə danışıqlara əngəl yaradıb.

Razılaşma nəhayət əldə edildikdən sonra birgə bəyanat şənbə günü dərc edilib.

Sənəddə bildirilir ki, ABŞ "digər ölkələrlə sıx əlaqə yaradaraq onların neft və qaz yanacağı əldə etməsinə və ondan daha səmərəli şəkildə istifadə etməsinə kömək edəcək".

Paris razılaşması qlobal temperatur artımının qarşısını almaq üçün istixana qazlarının azaldılmasına yönəlmiş hədəfləri təsdiq edir.

Sonuncu çıxışında Almaynia kansleri Angela Merkel hələ də cənab Trump-ın mövqeyindən təəssüfləndiyi, lakin digər 19 iştirakçının yeni razılaşma üzrə danışıqları rədd etmək qərarından "sevindiyini" qeyd edib.

Lakin Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ABŞ-ın razılaşmadan çıxışının inkişaf edən ölkələr üçün təyin edilmiş kompensasiyalara zərbə vurduğunu və bu səbəbdən Paris razılaşmanın Türkiyə tərəfindən ratifikasiyasının təhlükədə olduğunu bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Cənab Erdoğan deyib ki, Türkiyə razılaşmanı imzalayanda Fransa ona öhdəliklərin yerinə yetirilməsinə dair maddi xərclər üçün kompensasiya veriləcəyini bildirmişdi

Cənab Erdoğan deyib ki, Türkiyə razılaşmanı imzalayanda Fransa ona öhdəliklərin yerinə yetirilməsinə dair maddi xərclər üçün kompensasiya veriləcəyini bildirmişdi.

"Biz də dedik, bu olarsa razılaşma parlamentdən keçəcək. Əks halda keçməyəcək", Prezident Erdoğan mətbuat konfransında deyib.

Cənab Trump həmçinin digər bir güzəşt əldə edib. G20 iştirakçıları ölkələrin legitim ticarət müdafiə üsullarından istifadə edərək daxili bazarlarını müdafiə etmək hüququna malik olduğunu qəbul ediblər.

Daha sonra o, tvitləyib: "#G20Sammiti gözəl bir uğur idi və kansler Angela Merkel tərəfindən gözəlliklə keçirilib. Təşəkkür edirəm!"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bəzi etirazçılara qarşı su topu istifadə edilib

Etirazlar

Bazar gününün erkən saatlarında bir daha etiraz aksiyaları başlayıb. Bəzi etirazçılar avtomobilləri yandırıb və polisə əşyalar atıb.

Sammitin keçirildiyi Hamburq şəhərində günlərlə davam edən etiraz aksiyaları olub. Bəzi aksiyalar zorakılıqla nəticələnib.

Polis ümumilikdə 213 polis zabitinin xəsarət aldığını və aksiyalar zamanı 143 nəfərin saxlandığını bildirib.

Aksiya iştirakçıları cənab Trump və Rusiya Prezidenti Vladimir Putinə etiraz ediblər. Onlar həmçinin iqlim dəyişlikyi və dünya boyunca artan bərabərsizliyə qarşı etiraz ediblər.

Bu barədə daha geniş