Trump-ın oğlu "Clintona dair məlumat üçün seçki zamanı Rusiya vəkili ilə görüşüb"

Donald Trump Jr at Trump Tower in New York City, 18 January 2017 Fotonun müəllifi Getty Images
Image caption Trump-ın oğlu deyib ki, görüşdə xanım Clinton barəsində "mənasız informasiya" paylaşılıb.

ABŞ prezidenti Donald Trump-ın oğlu ötən il Hillary Clinton barədə xələl gətirən informasiya vəd verən Kreml-ə bağlı rus vəkillə görüşməyə razılıq verib, New York Times xəbər verir.

Donald Trump Jr bildirib ki, o, Natalya Veselnitskaya ilə görüşüb, amma bu "mənasız informasiya" barədə xanım Clinton məlumatlandırılıb.

Görüşdə həmçinin prezidentin kürəkəni Jared Kushner və kampaniyanın o vaxtki rəhbəri Paul Manafort da iştirak ediblər.

ABŞ rəsmiləri Rusiyanın ABŞ seçkilərinə müdaxilə iddialarını araşdırırlar.

Federal Təhqiqatlar Bürosu və Konqres Trump kampaniyasının "Kreml təxribatı" ilə işbirliyi edib-etmədiyini araşdırır, hələlik hansısa sövdələşmə faktı əldə edilməyib.

Xanım Veselnitskaya ilə görüş 9 iyul 2016-cı ildə, cənab Trump Respublika partiyasının namizədi seçildikdən iki həftə sonra New York şəhərindəki Trump Qülləsində keçirilib.

Rusiya vətəndaşı ilə bu görüşün dar dairədə keçirildiyi güman edilir.

New York Times qəzeti bu barədə ilk dəfə şənbə günü yazıb. Həmin vaxt cənab Trump Jr və xanım Veselnitskaya görüşdüklərini, amma seçkiləri müzakirə etmədiklərini bildiriblər.

Bazar günü isə New York Times qəzeti yazıb ki, Trump Jr-a Demokratların namizədi xanım Clinton barəsində önəmli informasiya vəd edildikdən sonra o, görüşə razılıq verib.

Qəzet bu məlumatı Ağ Evin üç məsləhətçisi və daha iki məlumatlı şəxsdən aldığını yazır.

Fotonun müəllifi Getty Images
Image caption Görüş 9 iyul 2016-cı ildə New York şəhərindəki Trump Qülləsində keçirilib.

Cənab Trump Jr bazar günü verdiyi bəyanatında deyib ki, bir tanışı ondan "kampaniyaya faydalı ola biləcək məlumatı olan bir şəxslə" görüşməyi istəyib.

"İclasdan əvvəl mənə onun adı deməyiblər. Mən Jared [Kushner] və Paul-dan [Manafort] görüşdə iştirak etmələrini istədim, amma onlara başqa heç nə demədim."

"Xoş sözlərdən sonra qadın bildirdi ki, onda Demokratik Milli Komitəsini maliyyələşdirən və xanım Clinton-u dəstəkləyən Rusiyaya bağlı olan fiziki şəxslər barədə məlumatlar var."

"Onun bəyanatları dumanlı, birmənalı və önəmsiz idi. Heç bir təfərrüat və ya dəstəkləyici məlumat verilmədi. Həmin vaxt aydın oldu ki, onda heç bir mənalı informasiya yoxdur," deyə o əlavə edib.

Cənab Trump Jr bildirib ki, xanım Veselnitskaya sonradan ABŞ-da dayandırılmış Rusiyadan uşaq övladlığa götürmək barədə proqram barədə danışıb.

"Onda mənə aydın oldu ki, əsl müzakirə mövzusu bu idi və onun faydalı məlumat iddiaları isə görüş üçün bəhanə idi".

Bu barədə daha geniş