Britaniya mətbuatı: Kişilər dünyaya övlad gətiriblər…

yenidoğulmuş Fotonun müəllifi PHILIPPE HUGUEN

"The Telegraph" yazır ki, Britaniyada iki kişi ilk dəfə olaraq dünyaya övlad gətirib.

21 yaşlı Hayden Cross və 23 yaşlı Scott Parker dünyaya qadın kimi gəliblər, lakin hazırda cinsiyyətin dəyişdirilməsi əməliyyatı ərəfəsindədirlər.

Onlar qərara gəliblər ki, əməliyyatdan keçib tam kişi olanadək uşaq doğsunlar.

Cənab Parker avqust ayında dostu ilə bir gecəlik sərxoş cinsi əlaqədən uşağa qalmışdı. Onun Sara adında qızı aprel ayında doğulub.

Cənab Cross isə qızı Trinity-Leigh-i qeysər kəsiyi əməliyyatı ilə doğub.

Cross hamilə olmaq üçün donor spermindən istifadə etmişdi.

"The Telegraph" yazır ki, indi hər iki ana kişiyə çevrilmək üçün lazım olan prosedurları bərpa ediblər.

Məqalədə deyilir ki, cənab Cross-un əsl adı Paige-dir (qadın adı). Lakin o artıq üç ildir ki, hüquqi baxımdan kişi sayılır və cinsiyyət dəyişikliyi üçün kişi hormonları qəbul edir. Nəticədə onun üzünə tük çıxıb və səsi kütləşib.

O Britaniya dövlət səhiyyə sistemindən yumurtalarının dondurulmasını rica etmişdi. Bunu ona görə etmişdi ki, cinsiyyət dəyişkliyi başa çatandan sonra dünyaya övlad gətirə bilsin. Lakin səhiyyə rəsmiləri onun bu ricasını rədd etmişdilər.

Cross mətbuata deyib ki, məhz buna görə də təcili uşaq doğmaq qərarına gəlib. O bildirib ki, sperm donorunu Facebook-da tapıb.

Cross deyib ki, donor onun evinə gəlib və supermini flakonda ona təqdim edib. Onların arasında cinsi əlaqə olmayıb.

Spermi özünə iynə ilə yeritdikdən iki həftə sonra Cross uşağa qaldığını başa düşüb.

O deyir ki, hamiləlik və bətndə uşaq daşımaq çox spesifik qadın işidir və bunu etmək ona mənəvi cəhətdən bir qədər ağır olub.

Cənab Parker-ə gəlincə isə o uşağı doğduqdan sonra həyatına kişi kimi davam edir. Gələn il onun döşlərin amputasiyası əməliyyatına girəcəyi gözlənilir. Dövlət səhiyyəsi tərəfindən həyata keçirilən bu əməliyyatın özəl qiyməti 29 min funt sterlinqdir.

Mətbuata müsahibəsində cənab Parker deyib ki, o cəmiyyətin dəyişilməkdə olduğundan çox məmnundur, çünki indi onun kimi adamlara normal baxmağa başlayıblar.

Cənab Parker hazırda bir qadınla yaşayır. O qadın da cinsiyyətin dəyişdirilməsi əməliyyatından keçməlidir.

Hər iki halda sperm sahibləri dünyaya uşaq gətirdiklərindən xəbərsizdirlər.

Dünyada ilk uşaq doğan kişi arizonalı Thomas Beatie-dir. O dünyaya qadın kimi gəlmişdi.

Beatie 2007-ci ildən başlayaraq donor spermi ilə üç uşaq doğub.

Bu nə cinayətdir, nə də günah

Fotonun müəllifi Daniel Berehulak

Sanki bu xəbərin davamı kimi "The Guardian" yazır ki, İngiltərə Kilsəsi, hökuməti cinsiyyət dəyişikliyi terapiyasını qadağan etməyə çağırıb.

Kilsə cinsiyyət dəyişikliyi prosedurunu qeyri-etik və potensial baxımdan ziyanlı praktika hesab etdiyini bildirib.

İngiltərə Kilsəsi sinodunun müşavirəsində qəbul edilmiş qərarda deyilir ki, belə bir praktikaya "müasir dünyada yer olmamalıdır".

Cinsi dəyişmə terapiyası insanın cinsi oriyentasiyasının dəyişdirilməsi üçün icra edilir.

İngiltərə Kilsəsi bu yaxınlarda homoseksual və lezbianları ibadətlərdə iştirak edərək "günahlarından" xilas olmağa çağırıb.

Kilsə öz müraciətində cinsiyyət dəyişikliyi terapiyasından keçmiş Jayne Ozanne adlı qadının təcrübəsindən söz açır. Bu qadın bildirib ki, onun cinsiyyyət dəyişiklliyi terapiyası iki dəfə böyük psixoloji sarsıntı ilə bitib.

Ozanne deyib ki, cəmiyyətdən təcrid olunma insanları psixoloji sarsıntı vəziyyətinə gətirir.

Məqalədə deyilir ki, homoseksual və lezbianlar arasında aparılmış sorğu onların 40 faizinin cinsiyyət dəyişikliyi terapiyasına müraciət etdiyini göstərib.

Onların üçdə ikisi bildirib ki, seksual oriyentasiyalarını din qarşısında günah etməmək üçün dəyişdirmək qərarına gəliblər.

İngiltərə Kilsəsinin sinodunda çıxış edən Ed Cox deyib ki, onun cinsiyyət dəyişikliyi həyat tərzi seçimidir və ibadət hamıya lazımdır.

York arxiyepiskopu John Sentamu isə çıxışında deyib ki, cinsiyyət dəyişikliyi teoloji baxımdan düzgün deyil və hökumət bu "ziyanlı praktikanı" qadağan etməlidir.

Liverpool arxiyepiskopu Paul Bayes isə deyib ki, seksual oriyentasiya nə cinayət, nə də günahdlır.

Sinodda çıxış edən tələbə Fenella Cannings-Jurd deyib ki, o bu məsələnin 2017-ci ildə belə qızğın müzakirəyə çıxarılmasından təəccüblənib.

Debatın sonunda sinodun çağırış qərarı 298 leyhinə 74 əleyhinə nisbəti ilə qəbul edilib.

"The Guardian" yazır ki, cinsi dəyişmə terapiyasına ən çox Əllincilər kilsəsinin davamçıları müraciət edirlər. Bu dini icmaya daxil olan seksual azlıqlar bəzən "islah zorlamasına" məruz qalırlar.

Məqalədə deyilir ki, belə hallar bəzilərini son nəticədə intihara sövq edir.

İybilən siçanla iy bilməyən siçanın fərqi

Fotonun müəllifi China Photos

"The İndependent" yazır ki, yeni elmi araşdırma iybilmə qabiliyyəti ilə piylənmə arasında əlaqə aşkar edib.

ABŞ-da siçanlar üzərində aparılmış elmi təcrübə göstərib ki, yeməyin iyi insan orqanizminin kaloriləri sərf etmək prosesinə təsir edir.

Alimlər aşkar ediblər ki, iybilən siçanlar piylənməyə iy bilməyənlərdən daha çox məruz qalırlar.

Ən maraqlısı isə budur ki, arıq və iy bilməyən siçanlar da iybilənlər qədər yeyiblər.

Amma bu dəqiq müəyyənləşib ki, iybilən siçanlar kökəlməyə iki dəfə daha çox meylli olublar.

Alimlər düşünürlər ki, iybilmə qidanın həzminə yox, onun bədəndə "anbarlanmasına" kömək edir.

Ekspertlərin gəldiyi ümdə nəticələrdən biri də budur ki, ərzaq sənayesi qidaların daha yaxşı satılması üçün onların mümkün qədər "ətirli" olmasına çalışır.

Əlaqəli mövzular

Bu barədə daha geniş