Almaniya İncirlik bazasından geri çəkilməyə başladı

İncirlik Fotonun müəllifi Getty Images
Image caption İncirlik bazasında yerləşən bir alman qırıcısı (arxiv rəsmi)

Almaniya Ankara ilə yaşadığı anlaşılmazlıqdan sonra bazar günü Adanadakı İncirlik bazasından əsgərlərini geri çəkməyə başlayıb.

Türkiyə, alman millət vəkillərindən ibarət nümayəndə heyətinə İncirlikdəki hərbi bazanı ziyarət etməyə icazə vermədikdən sonra Almaniya bu qərarı verib.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü Reuters agentliyinə verdiyi açıqlamada havada yanacaq təminatı aparan təyyarənin İncirlik bazasından geri çəkildiyini açıqlayıb.

Reuters adı çəkilməyən bir türk nümayəndəsinin də bu xəbəri təsdiqlədiyini yazıb.

Almaniya Nazirlər Şurası 7 iyunda alman hərbçilərinin Türkiyədəki İncirlik bazasından geri çəkilməsi istiqamətində qərar qəbul etmiş, Almaniya parlamenti isə bu qərarı təsdiqləmişdi.

Almaniyanın İncirlik bazasında 200-dən artıq hərbçisi var. Bu hərbçilər Tornado qırıcılarının Suriyada nəzarət işlərinə və özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı koalisiya təyyarələrinin yanacaqla təmin olunmasına cavabdehdir.

İncirlik bazasından geri çəkilən alman hərbçiləri İordaniyadakı bir hava bazasına istiqamətləndiriləcək.

Bazada yerləşən 6 ədəd Tornado kəşfiyyat təyyarəsi və bir ədəd yanacaqla təmin edən tanker də İordaniyadakı bazaya köçürüləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş