Brexit: Britaiyanın Aİ vətəndaşlarına "məskunlaşma statusu təklifi kifayət deyil"

former Belgian Prime Minister Guy Verhofstadt, 2014 pic Fotonun müəllifi AFP
Image caption Guy Verhofstadt Aİ-nin təklifini sadə, aydın və ədalətli olduğunu deyib

Avropa Parlamentinin (AP) Brexit üzrə baş məsləhətçisi Guy Verhofstadt Britaniya Baş naziri Theresa May-in Britaniyadakı Avropa İttifaqı (Aİ) vətəndaşlarına "məskunlaşma statusu" təklifini "vətəndaşların layiq olduğundan çox uzaqda" olduğunu deyib.

Cənab Verhofstadt və AP-nın əsas dörd siyasi partiyasının liderləri qəzetlərə göndərdikləri birgə məktubda təklifin Aİ vətəndaşlarını Britaniya vətəndaşlarından daha az hüquqlarla təmin etdiyini deyiblər.

Aİ vətəndaşlarına nə təklif edilib?

Xanım May Britaniyada yaşayan üç milyon Aİ vətəndaşının Brexit-dən sonra ölkədə qala biləcəyini deyib.

Təklifə əsasən Britaniyada beş ildən artıq müddət yaşamış Aİ vətəndaşlarına səhiyyə, təhsil və digər sahələr üzrə müavinətlər verilə bilər.

Lakin xanım May-ın təklifi, Aİ-nin Britaniya vətəndaşlarına eyni hüquqları verməsindən asılıdır.

Məktubu imzalayan partiya liderləri AP deputatlarının üçdə ikisini təmsil edir və onlar razılaşdırılmış Brexit şərtlərini parlament səsverməsində təsdiqləməlidirlər.

Məktubun müəllifləri hazırda Aİ vətəndaşlarına verilən hüquqların təmin olunmadığı halda heç bir Brexit müqaviləsini təsdiqləməyəcəklərini bildiriblər.

Britaniya hökumətinin sözçüsü bu məktubu tənqid edərək, bir çox Aİ ölkəsinin Britaniyanın təklifini "yaxşı razılığın dayağı" adlandırdığını deyib.

O, "məskunlaşmış" statusuna malik olan Aİ vətəndaşlarının Britaniya vətəndaşları ilə eyni hüquqlarla təmin ediləcəklərini bildirib.

Lakin, Britaniya hökumətinin sözçüsü "məskunlaşmış" statusu olmayan Aİ vətəndaşları barədə narahatçılıqları aradan qaldıra bilməyib.

Bu barədə daha geniş