ABŞ-ın aviareyslərdə kompüter qadağası bəzi şirkətlərdən qaldırılıb

Customers walk past Kuwait Airways board in Kuwait Fotonun müəllifi Getty Images

Kuwait Airways (Küveyt) və Royal Jordanian (İrodaniya) ABŞ-ın ölkəyə uçan aviareyslərdə kompüter daşınması qadağasından azad edilən ən yeni Orta Şərq hava yolları şirkətləridir.

Hər iki aviaşirkət Küveyt və İordaniyadan ABŞ-a uçan aviareyslərdə təhlükəsizlik tədbirlərini ABŞ rəsmilərilə birlikdə müzakirə etdikdən sonra möhkəmləndirdiklərini deyiblər.

ABŞ-ın kompüter qadağası cihazlarda gizlədilən partlayıcılardan müdafiə üçün əsasən müsəlman əhalisi olan ölkələrə qarşı mart ayında tətbiq edilib.

Etihad (BƏƏ), Turkish Airlines (Türkiyə) və Qatar Airways (Qətər) şirkətləri qadağadan keçən həftə azad edilib.

Keçən ay, ABŞ Daxili Təhlükəsizlik Departamenti ABŞ-a 105 ölkədən səyahət edən aviareyslərin sərnişinlərinin yoxlanmalardan keçidinə daha uzun vaxt tələbatını bəyan etmişdi.

O zaman, bir çox aviaşirkət bunun qadağanın qaldırılmasına ümid etdiklərini bildirmişdilər.

Mərakəş, Misir və Səudiyyə Ərəbistanı aviaşirkətləri hələ qadağanın qaldırıldığını bəyan etməyiblər.

Səudiyyə Ərəbistanının Saudia aviaşirkəti sərnişinlərinin iyulun 19-dan şəxsi elektronik cihazlarını ABŞ-a uçuşlarda özlərilə daşıya biləcəklərini deyib.

Keçən həftə bir rəsminin Reuters xəbər agentliyinə bildirdiyinə görə, Mərakəşin Royal Air Maroc aviaşirkəti isə eyni tarixdən Kasablanka şəhərindən ABŞ-a uçuşlarda qadağanını qaldırılacağını inandığını qeyd edib.

Bu barədə daha geniş