Marsın səthindəki həyat ehtimalı "zəhərli kokteyl" səbəbiylə aşağıdır

mars Fotonun müəllifi Getty Images

Şotlandiyanın paytaxtı Edinburgh-dakı universitetdən olan tədqiqatçılar Marsın səthində yaşayan canlıları məhv edə biləcək kimyəvi qarışıqlardan ibarət "zəhərli kokteyl" kəşf ediblər.

Ozon təbəqəsinin olmaması Marsın da yüksək səviyyədə ultrabənövşəyi (UV) şüalara məruz qalmasına səbəb olur.

Tədqiqat zamanı aparılan sınaqlarda yüksək səviyyədə ultrabənövşəyi şüaların Mars torpağında olan kimyəvi maddələrlə birləşdiyində çox təsirli kimyəvi maddələrin ortaya çıxmasına səbəb olduğu və bunun da ərazinin üst qatını səmərəsizləşdirdiyi müəyyən edilib.

Böyük Britaniyanın İndependent qəzetinin yazdığına görə, tədqiqatda iştirak edən astrobioloqlar Jennifer Wadsworth ve Charles Cockell torpaqdakı bu kimyəvi maddələri dünyadakı Bacillus subtilis adlı bir başqa bakteriya ilə birləşdiriblər.

Tədqiqatın nəticələri onu göstərib ki, Marsın üst qatında olan maqnezium perxlorat adlı oksidləyici kimyəvi maddələrin UV şüalarına məruz qalması nəticəsində yaşayan canlıların iki qat daha sürətlə yox olub.

Həyata keçirilən ikinci sınaq zamanı bu dəfə ultrabənöbşəyi şüaların Marsın səthində bir yerdə olan dəmir oksid, hidrogen peroksid (oksigenli su) və perxloratın qarışığına olan təsiri araşdırılıb.

Ultrabəbənövşəyi şüalar bu maddələrin mövcud olduğu səthdə bakteriyalara dəydiyində sınaq üçün istifadə olunan həşəratlar 11 qat daha sürətlə yox olub.

Scientific Reports elmi jurnalda dərc olunan araşdırma nəticələrinə görə, "dəmir oksid, hidrogen peroksid (oksigenli su) və perxlorat UV şüalarının zəhərli kokteyli" Marsda həyat ehtimalının düşünüldüyündən daha az olduğuna diqqəti yönəldib.

Əlaqəli mövzular