İD-dən azad olunan Mosulda mülki əhalinin aqibəti
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Mosulda İD üzərində qələbə mülki əhali üçün baha başa gəlib

İraq höküməti Mosul uğrunda 9 ay ərzində gedən döyüşlərdən sonra özünü İslam Dövləti adlandıran qruplaşma üzərində qələbə çaldığını elan edib.

İraqın təhlükəsizlik qüvvələri Mosulun uc-bucağını "İslam Dövləti"döyüşçülərindən təmizləyir.

Baş Nazir Haider əl-Abadi bazar günü Mosula gedib və döyüşlərdə iştirak etmiş əsgərləri bu hadisə ilə bağlı təbrik edib. Ancaq şəhərdə hələ də ara-sıra atışma səsləri eşidilir.

İD silahlıları üzərində qələbə baha başa gəlib - minlərlə mülki vətəndaş həlak olub, 1 milyona yaxın insan evlərindən didərgin düşüb.

Müdafiə məsələləri üzrə BBC müxbiri Jonathan Beale bu reportajı Mosuldan göndərib.