İspaniya aviaşirkəti hamiləlik testi tələbini ləğv edib

Iberia planes Fotonun müəllifi Reuters
Image caption Şirkət 5 hamilə qadını işə aldığını və hamiləlik testlərinin İspaniyada geniş yayılmış qayda olduğunu deyib.

İspaniyanın İberia aviaşirkəti iş yerlərinə namizədliklərini irəli sürən qadınlardan tələb etdiyi hamiləlik testini ləğv etdiyini bildirir. Şirkət bu qərarı müvafiq qaydalara görə cərimə aldıqdan sonra verilib.

Balear adalarında keçirilən yoxlamalardan sonra hamiləlik testlərinin tələb edildiyini öyrənən əmək müfəttişləri İberia-ya 25 min avroluq cərimə verib.

Şirkət daha əvvəl bildirib ki, testlərin məqsədi hamilə qadınların "təhlükə ilə üzləşməyəcəyini siğortalamaq"dır.

Aviaşirkətin test tələbi iş yerlərində ayrıseçkiliyə qarşı mübarizə kampaniyası çərçivəsində aşkar edilib, El Pais qəzeti yazır.

Müfəttişlər daha sonra İberia-nın hamiləlik və digər sağlamlıq testlərini tələb etdiyini aşkar edib.

İberia israr edir ki, hamilə qadınlara qarşı ayrıseçkilikdə təqsirli deyil. Şirkət 5 hamilə qadını işə aldığını və hamiləlik testlərinin İspaniyada geniş yayılmış praktika olduğunu deyib.

Lakin İspaniyanın səhiyyə naziri Dolors Montserrat bu təcrübəni tənqid edib.

"Analıq heç vaxt işə giriş üçün mane olmamalıdır", o, müxbirlərə deyib.

Bu barədə daha geniş