Gangnam Style klipi artıq ən çox izlənən video sayılmır

Gangnam Style Fotonun müəllifi Schoolboy/Universal Republic Records
Image caption Park Jae Sang-ın rəqsini milyonlarla insan - BMT-nin baş katibindən tutmuş britaniyalı hərbçilər, Filippin həbsxanalarındakı məhbuslar və Tailand dənizçiləri də ifa yamsılamışdı.

Cənubi Koreya ifaçısı Psy-nin Gangnam Style klipi artıq YouTube-da ən populyar video hesab olunmur.

Bu klipə görə YouTube vaxtilə baxış sayının hesablanması üçün 64 bitlik sistemə keçmişdi.

Kliklərin sayına görə birincə yerə "Forsaj 7" filmindən See You Again mahnısı çıxıb.

Wiz Khalifa və Charlie Puth-un ifa etdiyi mahnının video rolikinə baxış sayı 2 895 552 454, cənubi koreyalı ifaçının klipinə baxış isə 2 894 479 586 klik təşkil edib.

See You Again mahnısı "Forsaj 7" filminin saundtreki üçün, həmçinin filmin aktyoru Paul Walker-in xatirəsinə yazılıb.

Pol Walker 2013-cü ildə filmin çəkilişlərini başa çatdırmadan avtomobil qəzasında həlak olmuşdu.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Məşhur gecə klub mahnısı dünyada niyə məşhurlaşıb?

Video yayımlandıqdan sonra ilk 6 ayda milyarddan çox baxış olub.

Billboard Hot 100 çartında mahnı 12 həftə ərzində ilk yerdə qalaraq rep kompozisiyaları arasında uzun müddət yüksəklikdə qalmaqla rekord qırıb.

See You Again həmçinin Böyük Britaniya, Avstraliya, Avstriya, Kanada, Almaniya, İrlandiya, Yeni Zelandiya, İsveçrə və digər ölkələrin çartlarında da uzun müddət birinci yerdə olub.

Ürəkləri sızladan ballada 2015-ci ildə dünyada ən çox satılan mahnı olub və bu gündə Böyük Britaniyadakı dəfn mərasimlərində ən məhşur mahnılardan biridir.

Fotonun müəllifi Universal Studios
Image caption See You Again mahnısı "Forsaj 7" filminin saundtreki üçün, həmçinin filmin aktyoru Paul Walker-in xatirəsinə yazılıb. Pol Walker 2013-cü ildə filmin çəkilişlərini başa çatdırmadan avtomobil qəzasında həlak olmuşdu

Psy kimi tanınan koreyalı ifaçı və rəqqas Park Jae Sang-ın Gangnam Style mahnısı isə YouTube-da 4 il ərzində ən məhşur video olub.

2012-ci ilin noyabrında YouTube-da ən məhşur klip olan bu mahnı dekabr ayında 1 milyarddan çox izləyici toplamaqla tarixə düşüb.

2012-ci ilin iyulunda yayımlanan bu klipə orta hesablama ilə gün ərzində 3 milyon dəfə baxılıb.

2014-cü ilin sonunda isə koreyalı ifaçının bu hiti YouTube-u 32 bitlik hesablama sistemindən 64 bitlik sistemə keçməyə məcbur edib.

64 bitlik sistem 9 223 372 036 854 775 808 baxış sayını təmin edir.

"Biz heç vaxt fikirləşməzdik ki, saytda elə bir video yayımlansın ki, saytın 32 bitlik versiyası buna kifayət etməsin ", - deyə o zaman YouTube nümayəndələri etiraf etmişdilər.

Park Jae Sang-ın rəqsi xüsusilə populyarlıq qazanmışdı. Onu milyonlarla insan - BMT-nin baş katibi Pan Gi Mun, britaniyalı hərbçilər, Filuppin həbsxanalarındakı məhbuslar və Tailand dənizçiləri də yamsılamışdı.

Klipdə Cənubi Koreyanın paytaxtı Seulun zəngin rayonundan olan istehlakçı Kannamgu-nun həyat tərzi məsxəyərə qoyulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş