Mississippi-də hərbi təyyarə qəzaya uğrayıb: 16 nəfər həlak olub

Plane Fotonun müəllifi Reuters

Mississippi ştatında hərbi təyyarə qəzaya uğrayıb. Onun göyərtəsində olan 16 nəfərin hamısı ölüb.

C-130 təyyarəsi ştatın paytaxtı - Jackson şəhərindən 160 kilometr şimala doğru aralıda yerə düşüb.

Şahidlərdən birinin dediyinə görə, spiralla yerə düşən təyyarənin mühərriklərindən biri tüstüləyirmiş.

Qəza bazar ertəsi yerli saatla saat 4-də ( 22:00 Bakı vaxtı ilə) baş verib.

Hələ ki, qəzanın səbəbləri naməlum qalır.

Dəniz piyadaları korpusunun nümayəndəsi Sarah Burns, KC-130 Hercules hərbi təyyarəsində "texniki problemin yarandığını" söyləyib.

Mississippi ştatının qubernatoru Chris Bryant baş vermiş qəzanı faciə adlandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş