Qadınlar kişilərdən "daha yaxşı liderlərdir"

Woman leader Fotonun müəllifi Getty

Norveçdə 3000 müdirin iştirakı ilə aparılan bir araşdırmada, qadınların idarəçilik vəzifəsinə kişilərdən daha uyğun olduğu və daha üstün liderlik xüsusiyyətinə sahib olduqları müəyyənləşib.

BI Norveç İdarəçilik Məktəbinin apardığı araşdırmaya görə qadınlar, bir çox sahələrdə kişilərdən daha yaxşı lider olurlar.

Araşdırma üçün müdirlərin həm xarakterləri, həm də iş həyatında üzə çıxan xüsusiyyətləri tutuşdurulub.

Təşəbbüs göstərmə və münasibət qurma, müxtəlif fikirlərə açıqlıq və yenilik gətirmə bacarığı, ictimailik və dəstək, sistemli idarəçilik və məqsədləri müəyyənləşdirə bilmək daxil olmaqla müdirlər, beş kateqoriya üzrə qiymətləndiriliblər.

Bu beş kateqoriyadan dördündə qadınlar kişilərdən daha yaxşı nəticə göstərib.

Fotonun müəllifi Getty Images

Kişilər stressi daha yaxşı idarə edir

Digər tərəfdən kişilərin iş həyatı ilə əlaqədar stressi idarə etmək bacarığı daha yaxşıdır.

Kişilər emosional tarazlığı da daha yaxşı qoruya bilirlər.

"İş yerləri həmişə müştəriləri özünə cəlb edə bilməli və məhsuldarlıq və gəlirini artırmağı bacarmalıdır. Əlimizdəki nəticələr qadınların yenilik gətirmə ilə yanaşı, dəqiq və təsirli bir şəkildə idarəçilikdə kişilərə nisbətən daha yaxşı olduğunu göstərir," araşdırmanın rəhbəri professor Oyvind Martinsen deyib.

Fotonun müəllifi Getty Images

Qadın rəhbərlərin sayı 12 faiz aşağı düşüb

Ümid edilir ki, araşdırmanın nəticələri iş normalarını dəyişdirəcək.

Qadınların iş həyatındakı rolunun gedərək gücləndiyi düşünülsə də, göstəricilər çox da ürəkaçıcı deyil.

ABŞ-ın ən böyük 500 şirkətində qadın müdirlərin sayı keçən il 12 faiz aşağı düşüb.

Fotonun müəllifi Getty Images

Nəticələr eləcə də qadınların narahatçılıq keçirməyə daha meylli olduğunu və emosional baxımdan daha zəif olduğunu göstərib.

Lakin, araşdırmaçılara görə bu hal, qadınların idarəçilik vəzifələrinə kişilərdən daha uyğun olması faktını dəyişdirmir.

Şirkətlərdə qərar vericilər bu həqiqəti qulaq ardına vurarsa, daha az keyfiyyətli liderləri işə götürərək məhsuldarlığa zərər vura bilərlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş