Nemtsovun qətlinə görə beş çeçenə həbs cəzası kəsilib

Zaur Dadayev attends sentencing at Moscow District Military Court on July 13, 2017 Fotonun müəllifi AFP
Image caption Zaur Dadayev had been under the command of Chechen strongman Ramzan Kadyrov

Rusiya müxalifət lideri Boris Nemtsovu qətlə yetirməkdə ittiham olunan çeçen silahlısı Zaur Dadayev və onunla əlbir olan daha 4 nəfərə uzunmüddətli həbs cəzaları kəsilib.

Moskvanın hərbi məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, Zaur Dadayev 20 il müddətinə azadlıqdan məhrum edilib, digərləri isə 11 ildən 19 ilədək müxtəlif müddətlərə məhkum olunub.

Prezident Vladimir Putinin ardıcıl tənqidçisi olan Nemtsov 2015-ci ilin fevral ayında öldürülüb.

Onun ailəsi, cinayəti sifariş edənin heç zaman tapılmayacağından ehtiyat edir.

Vəkillərin zənn etdiyinə görə, Kremlin yaxınlığında baş verən qətl hadisəsinin arxasında Rusiya liderinə sadiq olan Çeçenistanın yüksək vəzifəli fiqurları dura bilər.

Dadayev Çeçenistanda elit bir hərbi hissənin keçmiş üzvüdür və Çeçenistanın rəhbəri Ramzan Kadırovun tabeçiliyində olub.

Məhkəmə Dadayevi leytenant hərbi rütbəsindən və bundan əvvəl göstərdiyi cəsarətə görə təltif olunmuş ordendən məhrum edib, Rusiyanın RIA Novosti agentliyi xəbər verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş