"Putinin dostları" 24 milyard rublluq aktivləri olan QKT sahibidirlər

Timçenko Fotonun müəllifi AFP
Image caption Forbes jurnalının məlumatına görə, 2017-ci ildə Timçenkonun mülkü $16 milyard təşkil edib.

Milyarder Gennadi Timçenko və "Yamal SPQ" şirkəti və Gunvor neft treyderinin keçmiş sahiblərindən biri Pyotr Kolbin 24 milyard ($ 400 milyon), rubl məbləğdə yatırımı olan qeyri-kommersiya partnyorluğuna birgə sahiblik edirlər.

Bu xəbər öz təsdiqini SPARK-İnterfax məlumat bazasında tapıb.

"Səmərəli investisiyalar bazarının inkişafı" adlı qeyri-kommersiya təşkilatına maliyyə yatırımlarının edilməsi barədə ilk dəfə xəbəri Republic nəşri yayıb.

Nəşrin bildirdiyinə görə, Kolbin və Timçenkonun qeyri-kommersiya partnyorluğu aktivlərinə görə Rusiyanın qeyri-kommersiya təşkilatları arasında ən irihəcmlisidir.

Rusiyanın Dojd telekanalına əsasən, Kolbin, Vladimir Putinin uşaqlıq dostudur.

Kolbin və Timçenkonun partnyorluğunun məqsədlərindən biri Kareliyanın Laxdenpoxya şəhərində Ladoqa çayının sahil ərazisinin abadlaşdırılmasını nəzərdə tutub.

Dojd telekanalının yerli sakinlərə istinadən apardığı istintaqın nəticələrinə əsasən, şəhərdə sakinlərin sahil ərazisində gəzintisi üçün nəzərdə tutulan xiyaban, lüks otel kompleksi və yaxt-klub tikilməli idi.

Forbes jurnalının məlumatına görə, 2017-ci ildə Timçenkonun mülkü $16 milyard (cari məzənnə ilə 973 milyard rubl), Kolbinin mülkü isə $550 milyon (33,4 milyard rubl) təşkil edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş