Trump: Ağ Evdə əhval-ruhiyyə "şahanədir"

US President Donald Trump gives a thumbs-up as he boards Air Force One in Maryland on July 12, 2017. Fotonun müəllifi AFP/Getty Images

ABŞ prezidenti Donald Trump seçki kampaniyasının Rusiya ilə əlaqələri olması iddialarına baxmayaraq Ağ Evdə əhval-ruhiyyənin "şahanə" olduğunu deyib.

O, Reuters informasiya agentliyinə müsahibəsində bildirib ki, administrasiya "çox gözəl fəaliyyət göstərir".

"Biz 5 ay ərzində tarixdə heç bir prezidentin etmədiyi qədərini etmişik", o, çərşənbə günü deyib.

Prezident, həmçinin seçki kampaniyası zamanı rusiyalı vəkil ilə görüşən oğlunu müdafiə edib.

Prezidentin oğlu Donald TrumpTrump-ın seçki kampaniyasına kömək edə biləcəyini deyən rusiyalı vəkil Natalia Veselnitskaya ilə ötən ilin iyun ayında görüşüb .

Oğul Trump Hillary Clinton-a xələl gətirən materiallara sahib olduğunu deyən və Kreml ilə bağlı olduğu iddia edilən vəkil ilə görüşmək təklifini qəbul etdiyini göstərən elektron məktubları yayıb.

OğulTrump Fox News-a müsahibəsində görüşü "heç nə" və "20 dəqiqəlik vaxt sərfiyyatı" adlandırıb, amma əlavə edib ki, görüşlə bağlı fərqli davranmalı idi.

Tənqidçilər deyirlər ki, o, federal qanunları pozmuş ola bilər.

ABŞ kəşfiyyatı hesab edir ki, Moskva 2016-cı il ABŞ prezident seçkilərinin cənab Trump-ın xeyrinə başa çatması üçün səy göstərib.

Hazırda cənab Trump-ın seçki kampaniya komandası və Rusiya arasında potensial əlaqələr araşdırılır.

Fotonun müəllifi Getty Images

Moskva dəfələrlə bu iddiaları təkzib edib. Prezident Trump isə iddiaları "Demokratlar tərəfindən təşkil edilmiş yalan" adlandırıb.

Reuters-ə müsahibəsində cənab Trump bir neçə gün əvvələ qədər oğlunun rusiyalı vəkillə görüşündən xəbəriz olduğunu vurğulayıb.

O, oğul Trump-ın qərarını müdafiə edib və qeyd edib ki, "bir çox insan və siyasi peşəkarlar bunu hamının edəcəyini deyib".

Prezident seçki kapmaniyası dövrünü "bir çox insanlarla görüşə biləcəyiniz coşğun vaxt" adlandırıb.

O, oğlunun hərəkətlərindən peşman olduğunu deməkdən imtina edib.

Fotonun müəllifi AFP
Image caption Oğul Donald Trump və Natalya Veselnitskaya arasında görüş müəmmalara səbəb olub.

Putin barədə...

Başqa bir müsahibəsində Trump Rusiya prezidenti Vladimir Putinlə "çox yaxşı" yola getdiyini deyib.

Trump Hamburqda baş tutan G20 zirvə görüşündə cənab Putinlə çoxdan gözlənilən görüşündən sonra bu şərhləri verib.

Donald Trump cənab Putinlə əməkdaşlığa nümunə kimi cənub-qərbi Suriyadakı son atəşkəs rejimini göstərib.

Prezidentin sözlərinə görə, o, əmindir ki, ruslar Ağ Evdə Demokrat Hillary Clinton-u görməyə üstünlük verərdi.

Niyə? "Əgər Hillary qazansaydı, hərbçilərimiz məhv olardı", deyə o bildirib.

"Bizim enerjimiz daha bahalı olacaq. Buna görə də Putin məni sevmir. Və məhz buna görə də mən deyirəm, o məni niyə istəsin? ", o əlavə edib.

Trump Reuters-ə deyib ki, o, görüş zamanı Putindən, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin olub-olmadığını soruşub.

"Mən dedim, "siz bunu etmisiniz?", o dedi, "yox, qətiyyən yox". Sonra mən ikinci dəfə tamamilə başqa cür soruşdum, O dedi "tamamilə yox".

ABŞ prezidenti hazırda o, Bastiliyanın Alınması Günü mərasiminə qoşulmaq üçün Parisə gedir.

Bu barədə daha geniş