Brexit: Britaniya hökuməti Təsviyə haqqında qanun layihəsini açıqlayır

Theresa May with flags Fotonun müəllifi AFP/Getty

Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması prosesinə cavabdeh nazir Aİ qanunvericiliyinin Britaniya qanununvericiliyinə çevrilməsini tənzimləyən qanun layihəsini açıqlayarkən bildirb ki, parlament üzvləri Brexit məsələsi üzərində "birgə çalışmalıdırlar".

Təsviyə qanunu kimi tanınan qanunvericilik Brexit prosesi bitəndən sonra Britaniyada eyni qanunların qüvvədə olacağını təmin etməlidir, eyni zamanda Britaniya parlamentinin həmin qanunlara dəyişiklik etmək səlahiyyəti olacaq.

Brexit məsələləri üzrə nazir David Davis bildirib ki, müvəffəqiyyət qazanmaq üçün o, "hər kəslə birlikdə işləməyə" hazırdır, lakin onun mövqeyinə müxalif çıxanlar olub.

Liberal Demokratların lideri Tim Farron deyib ki, "bu cəhənnəm olacaq".

Leyboristlər partiyası sənədə ciddi dəyişikliklər edilməyincə qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.

Mühafizəkarlar partiyası qanun layihəsinin qəbul edilməsində əsasən Demokratik Birlik Partiyasının (DUP) səslərinə ümid bağlayır.

Aİ insan haqlarının təmin edilməsində təkidlidir.

Fotonun müəllifi Getty Images
Image caption Brexit məsələləri üzrə nazir David Davis bildirib ki, müvəffəqiyyət qazanmaq üçün o, "hər kəslə birlikdə işləməyə" hazırdır

Avropa İttifaqı Qanunvericiliyi kimi rəsmən tanınan sənəd Britaniya hökümətinin Brexit strategiyasının prinsipial müddəalarından biridir.

Britaniyanı Aİ-ə daxil edən 1972-ci ilin Avropa İcmalar Qanunu təsviyə edilərək Aİ qanunun ölkədəki üstünlüyünü ləğv edəcək.

Bu həmçinin Brexit-dən sonra qanunvericiliyə dəyişiklik nəticəsində düzgün səmərəli işləməyən qanunları tənzimləmək üçün hökumətə müvəqqəti səlahiyyətlər verəcək.

Yeni layihənin payıza qədər parlamentdə müzakirəsi gözlənilmir.

Lakin o, 2019-cu ilin mart ayınadək, Britaninyanın Aİ-dən çıxmasından əvvəl təsdiqlənməlidir.

Image caption Hökumət deputatları əməkdaşlığa çağırıb

Bu barədə daha geniş