HRW: Iraq qüvvələri İD döyüşçülərinin ailələrini cəzalandıraraq cinayət törədir

Musul Fotonun müəllifi Reuters
Image caption Mosuldakı İraq qüvvələri

New York mərkəzli Human Rights Watch (İnsan Haqları Müşahidə təşkilatı/ HRW) İraq qüvvələrini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın üzvü olduqları ehtimal olunan insanların ailələrini kollektiv şəkildə cəzalandıraraq cinayət törətməkdə ittiham edib.

İD Mosul əməliyyatından sonra ən az 170 ailənin ətrafdan tamamilə təcrid olunmuş qapalı islah evlərinə yerləşdirildiyini bildirib.

HRW-ın Orta Şərqi Masa müdir müavini Lama Fakih "İraq hökuməti qohumlarının hərəkətlərinə görə ailələri cəzalandırmamalıdır" deyib.

İraq hökuməti bu mərkəzlərin ilkini Mosulun qərbindəki Bartalla-da qurmuşdu. HRW daha sonra bu mərkəzlərin Anbar, Babil, Diyala, Selaheddin və Ninova əyalətlərində qurulduğunu açıqlayıb.


Həmçinin oxuyun:


"Susuzluqdan ölüm halları"

"Bu mərkəzlərin islahla heç bir əlaqəsi yoxdur. Bunlar əslində hərəkətlərində heç bir cinayət tapılmayan böyüklərin və uşaqalrın saxlanıldığı faktiki nəzarət mərkəzləridir " deyən Fakih belə davam edib:

"Bu pis rəftar cinayətdir və İD-dən geri alınan ərazilərdəki barışıq təbliğatı cəhdlərini pozmaq deməkdir".

Fotonun müəllifi Reuters
Image caption Mosuldan qaçan dinc sakinlər

İraqdan cavab yoxdur

HRW Orta Şərqi Masa müdir müavini Lama Fakih Bartalla-dakı məntəqəni ziyarət zamanı səhiyyə nümayəndələrinin ən az 10 qadın və uşağın mərkəzə gətirilərkən və ya mərkəzdə öldüyünü söylədiyini bildirib.

Ölümlərin çoxuna susuzluq səbəb olub. İraqlı nümayəndələr hələ ki, mövzuyla bağlı açıqlama verməyiblər.

Bu barədə daha geniş