Türkiyəli sahibkarın 50 milyon funta aldığı Vertu telefon şirkəti çökdü

Vertu, 2014'te çıkardığı dokunmatik ekranlı telefon modelini "İngiltere'de el yapımı" sloganıyla pazarlıyordu. Fotonun müəllifi Getty Images

Hakan Uzanın mart ayında aldığı dəbdəbəli Britaniya telefon şirkəti Vertunun təsviyyə ediləcəyi bildirilib.

Qiymətli materiallardan hazırlanmış telefonları satan Vertu şirkəti son illər maliyyə çatışmazlığından əziyyət çəkib.

Parisdə mühacir həyatı yaşayanTürkiyəli iş adamı Hakan Uzan mart ayında şirkəti çinli sahibindən 50 milyon funta (təxminən 109 milyon manata) alıb.

Şirkətin təsviyyəsi təxminən 200 nəfəri işsiz qalacaq.

Fotonun müəllifi Getty Images

Bir texnologiya eksperti Vertunun ona bənzər şirkətlərə rəqabətdən çətinliklər çəkdiyini deyib.

Vertunun Signature telefonları 11 min funtdan (təxminən 24 min manat) yuxarıya, 18 karatlıq qırmızı qızıldan hazırlanan telefonu isə 39 min funta (təxminən 85 min manata) satılır.

BBC-ə danışan şirkət sözçüsü deyib ki, "Vertu təsviyyəyə girdiyi üçün artıq mənə də maaş ödəmir".

Fotonun müəllifi Vertu

Hakan Uzan 1,9 milyon funt yatırımla şirkəti xilas etməyə çalışsa da, büdcədə 128 milyonluq çatışmazlıq bu planları alt-üst edib.

Buna baxmayaraq Hakan Uzan Vertu brendinə, texnologiyasına və lisenziyalarının sahibi olmağa davam edəcək.

1998-ci ildə Nokia telefon şirkəti tərəfindən təsis edilmiş Vertu 2012-ci ildə satılmışdı.

Satışından sonra, Vertu Nokia-nın Symbian idarə sistemindən Google-un android sisteminə keçib.

Bu barədə daha geniş