Danimarka köçkünlərin sayını azaltmaq üçün Afrikada doğuma nəzarəti dəstəkləyəcək

Kopenhag tren istasyonundaki göçmenler Fotonun müəllifi AFP/Getty Images
Image caption Kopenhagen-dəki dəmiryol stansiyasındakı köçkünlər

Danimarka inkişaf etməkdə olan ölkələrə doğum nəzarəti üçün daha çox dəstək verəcəyini açıqlayaraq bununla "Avropadakı köçkün təzyiqini azalda biləcəyini" söyləyib.

İnkişaf Əməkdaşlığı naziri Ulla Tornaes hökumətin dəstək proqramına 14 milyon dollar vəsait köçürüləcəyini bildirib.

Londonda keçirilən bir toplantıda çıxış edən Tornaes arzu olunmayan hamiləliklərin dünyanın ən yoxsul ölkələrində böyük sosial və insani problemlərə yol açdığına diqqəti çəkərək Afrikadakı əhali artımını məhdudlaşdırmağın da əhəmiyyətli olduğunu qeyd edib.

Bu ölkələrdə 225 milyon qadının ailə planlaması üsullarına daxil olmadığını bildirən danimarkalı nazir bu səbəbdən gənc qadınların təhsillərini yarıda saxlamaq məcburiyyətində qaldığını söyləyib.


Həmçinin oxuyun:


Afrikadakı əhali sayının artımının məhdudlaşdırılmasının xarici siyasət və təhlükəsizlik siyasəti baxımından Danimarka hökuməti üçün əhəmiyyətli olduğunu bildirən Torneas "Əgər Afrikada əhali artımı belə davam edərsə bu gün 1,2 milyard olan əhali sayı 2050-ci ildə 2,5 milyard olacaq" deyib.

"Avropa üzərindəki köçkün təzyiqini azaltmanın bir yolu da bəzi Afrika ölkələrindəki çox yüksək doğum faizlərini məhdudlaşdırmaqdır".

Digər Aİ ölkələri kimi Danimarkada da son illərdə sığınacaq müraciətlərində artım qeydə alınıb.

Danimarka parlamenti 2016-cı ildə ölkəyə gəlib sığınacaq istəyənlərin dəyərli əşyalarının ələ keçirilməsini dəstəkləmişdi. Bu həmlə BMT-nin narazılığına səbəb olmuşdu.

Bu barədə daha geniş