HRW: Iraq qüvvələri İD döyüşçülərinin ailələrini cəzalandıraraq cinayət törədir

Musul Fotonun müəllifi Reuters
Image caption Mosuldakı İraq qüvvələri

İnsan haqları üzrə HRW qrupu bildirir ki, İraq qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya üzv olduqları deyilən şəxslərin ailələrinə qarşı kollektiv cəzalandırmanın tətbiqilə cinayətə yol verir.

İD Mosul əməliyyatından sonra ən azı 170 ailənin ətrafdan tamamilə təcrid olunmuş islah evlərinə yerləşdirildiyini bildirib.

İraq hökuməti ilk belə mərkəzlərdən birini Mosulun qərbindəki Bartalla-da qurmuşdu.

New York-da mənzillənən HRW təşkilatı daha sonra bu mərkəzlərin Anbar, Babil, Diyala, Səlahəddin və Ninəva əyalətlərində qurulduğunu açıqlayıb.

New York-da mənzillənən HRW-nin Yaxın Şərq bölməsinin müdir müavini Lama Fakih deyib ki, "İraq hökuməti qohumların hərəkətlərinə görə ailələri cəzalandırmamalıdır".


Həmçinin oxuyun:


"Susuzluqdan ölüm halları"

"Bu mərkəzlərin islahla heç bir əlaqəsi yoxdur. Bunlar əslində hərəkətlərində heç bir cinayət tapılmayan böyüklərin və uşaqların saxlanıldığı faktiki nəzarət mərkəzləridir " deyən Fakih belə davam edib:

"Bu pis rəftar cinayətidir və İD-dən geri alınan ərazilərdəki barışıq təbliğatı cəhdlərini pozmaq deməkdir".

Fotonun müəllifi Reuters
Image caption Mosuldan qaçan dinc sakinlər

İraqdan cavab yoxdur

Mərkəzdəki tibb işçiləri deyirlər ki, mərkəzə gətirilərkən və ya artıq mərkəzdə ikən ən azı on qadın və uşaq ölüb, Lama Fakih bildirib.

Ölümlərin çoxuna susuzluq səbəb olub.

İraqlı nümayəndələr hələ ki, mövzuyla bağlı açıqlama verməyiblər.

Bu barədə daha geniş