Trump Parisdə, Bastiliya Günü paradında

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Prezident Trump Bastiliya Günü paradında əylənir

Prezident Donald Trump Parisdə keçirilən Bastiliya Günü paradında iştirak edir. ABŞ və Fransa əsgərləri Champs-Élysées boyunca birgə yürüş edir.

Parad həmçinin amerikalılıların Birinci Dünya Müharibəsinə qoşulmasının 100 illiyini qeyd edir - mərasimə atlar, təyyarələr, helikopterlər qoşulub.

Fransa Prezidenti Emmanuel Macron hərbi jeep maşınında dayanıb və prospekt boyunca düzülmüş qoşunları yoxlanışdan keçirib.

Bundan öncə cənab Trump deyib ki, "azadlıq uğrunda mübarizə" ABŞ və Fransanı birləşdirib.

Cənab Macron daha sonra Nice şəhərinə, anım mərasimi üçün yola düşəcək - ötən il Bastiliya Günündə burada terror aktı törədilmiş və 86 insan Tunisdə doğulmuş bir kişinin üzərlərinə yük maşınını sürməsi nəticəsində ölmüşdü.

Fotonun müəllifi Reuters
Image caption Prezident Macron hərbi salyut verir
Fotonun müəllifi AFP
Image caption Prezident Trump fransız ev sahiblərinə bolluca tərif yağdırıb.
Fotonun müəllifi Reuters
Image caption ABŞ əsgərləri bu il parada qoşulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş