Netanyahu Parisdə yəhudilərin deportasiyasını yad edib

I

Fotonun müəllifi AFP
Image caption Parisdə 1942-ci ildə 13000-dən çox yəhudi həbs olunaraq ölüm düşərgəsinə göndərilmişdi.

İsrailin Baş naziri Benjamin Netanyahu 1942-ci ildə nasistlər tərəfindən işğal olunmuş Fransada yəhudilərin kütləvi həbsi və ölüm düşərgələrinə sürgünün qurbanlarını yad etmək üçün Parisə gəlib.

Parisdə 1942-ci ildə 13000-dən çox yəhudi həbs olunaraq Vel d'Hiver veolodromuna gətirilib orada həbs altında saxlanmışdı.

Velodroma gətirilən yəhudiləri nasistlər sonradan ölüm düşərgələrinə deportasiya etmişdi.

Fotonun müəllifi EVN
Image caption Baş nazir Benjamin Netanyahu və prezident Emmanuel Macron deportasiya qurbanlarının xatirəsini yad ediblər.

Netanyahu Parisə səfəri zamanı eləcədə ilk dəfə olaraq Fransa prezidenti Emmanuel Macron-la birbaşa danışıqlar aparacaq.

Vel D'Hiv həbslərinin 75-ci ildönümü ilə əlaqədar anım mərasimi Parisdə günün birinci yarısında keçirilib.

Fransa polisi tərəfindən 1942-ci ilin iyulun 16-sı və 17-də həbs olunan 13.000-dən çox yəhudidən 4 min nəfəri uşaq idi.

Həbs edilən ailələr Parisdə Eyfel qülləsi yaxınlığındakı Vel d'Hiver velodromuna və ya paytaxtın kənarındakı Drancy adlı ərazidə yerləşən hərbi əsirlər düşərgəsinə aparılmışdı.

Həbsdə saxlanılan yəhudilərin böyük hissəsi sonradan qatarlarla Auschwitz ölüm düşərgəsinə aparılmışdı. Həmin yəhudilərdən sağ qalanların sayı 100-dən də az olub.

Bu faciəyə Fransada bu günədək münasibət birmənalı deyil.

Fransada bu ilin aprelin sonu - mayın əvvəlində keçirilmiş seçkilərdə prezident Macron-un rəqibi olmuş ifrat sağçı siyasətçi Marin Le Pen aprelin 9-da bu faciəyə dair öz baxışını açıqlamışdı.

O, Fransanın həmin faciəyə görə məsuliyyət daşımadığını bildirmişdi.

Marin Le Pen-in dedikləri kəskin tənqidlərlə qarşılandı.

Cənab Netanyahu-nun anım mərasimində iştirak etməsi Fransada həç də hamı tərəfindən alqışlanmaır.

Əlaqəli mövzular

Bu barədə daha geniş