Seneqal: futbol stadionunda divar uçub - 8 nəfər həlak olub

Senegal - Demba Diop Fotonun müəllifi AFP

Seneqalın Demba Diop stadionunda divarın uçması nəticəsində 8 nəfər həlak olub

Seneqalın paytaxtı Dakarda futbol stadionunda divarın çökməsi nəticəsində 8 nəfər həlak olub, ən azı 49 nəfər yaralanıb.

Hadisə paytaxt Dakarın Demba Diop stadionunda Liqa Kuboku uğrunda Stade de Mbour və Union Sportive Ouakam komandaları arsında final matçının sonunda baş verib.

Rəqib komandaların azarkeşləri arasında dava-dalaş başlayıb və polis gözyaşardıcı qazdan istifadə edib. Nəticədə, camaat arasında çaxnaşma və basırıq yaranıb, stadiondakı divar çöküb.

Bəzi azarkeşlər dava zamanı rəqiblərinə daş atıb.

Fotonun müəllifi AFP/GETTY IMAGES

İnternetdə paylaşılan şəkillərdə tüstüyə düşmüş insanların divarı aşmağa çalışdıqları görünür.

Yerli APS xəbər agentliyinin məlumatına görə, hadisə yerinə təcili yardım maşınları və xilasetmə dəstələri gəlib.

Əlaqəli mövzular

Bu barədə daha geniş