Cənubi Koreya Şimala hərbi danışıqlar keçirməyi təklif edir

South Korean solders at a border village Fotonun müəllifi Chung Sung-Jun

Pxenyanın uzaq məsafəli raket sınaqlarından sonra yaranmış gərginlikdən bir neçə həftə sonra Cənubi Koreya Şimala hərbi məsləhətləşmələr keçirilməsini təklif edib.

Əgər görüş baş tutarsa, bu, 2015-ci ildən bəri ilk yüksək səviyyəli danışıqlar olacaq.

Yüksək vəzifəli bir rəsmi deyib ki, danışıqların məqsədi möhkəmləndirilmiş Koreya sərhədlərində "hərbi gərginliyi artıran bütün düşmənçilik fəaliyyətini" dayandırmaq məqsədi daşıyır.

Cənubi Koreya prezidenti Moon Jae-in uzun müddətdir ki Şimalla daha yaxın münasibətlər qurmaq niyyətini bəyan edib.

Berlindəki son çıxışında sülh sazişinin imzalanmasına çağıran prezident deyib ki, Şimalla dialoq indi heç olmadığı qədər çətindir.

Onun sözlərinə görə, bu cür dialoq Pxenyanın nüvə silahı proqramının sonunu istəyənlər üçün həlledicidir.

Hərçənd ki, Şimali Koreyanın tez-tez keçirdiyi raket sınaqları BMT qətnamələrinin ardıcıl pozulmasına və öz qonşuları və ABŞ-ı həyəcanlandırmağa xidmət edib.

Fotonun müəllifi Reuters
Image caption Bu ayın əvvəli Şimali Koreyanın uzaq-mənzilli raket buraxdığı güman edlir

Cənubi Koreya danışıqların iyulun 21-də keçirilməsini istəyir.

Cənubun müdafiə nazirinin müavini Suh Choo-suk mediaya bildirib ki, danışıqlar ölkələr arasındakı neytral zonada, Tongilgak-da keçirilə bilər.

"Biz Şimaldan müsbət cavab gözləyirik", rəsmi əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş