Avropa Komissiyası başçısından Türkiyəyə demokratiya xəbərdarlığı

Avrupa Komisyonu Başkanı Jean-Claude Juncker 29 Haziran'da Berlin'de AB liderleri toplantısında. Fotonun müəllifi Getty Images
Image caption Avropa Komissiyası başçısı Jean-Claude Juncker Almaniyanın Bild Sonntag qəzetinə Türkiyə ilə bağlı məqalə yazıb

Avropa Komissiyasının başçısı Jean Claude Juncker Almaniyanın "Bild Sonntag" qəzeti üçün Türkiyə ilə bağlı yazdığı məqaladə "Türkiyə Avropa Ittifaqina (Aİ) daxil olmaq istəyirsə demokratik dəyərlərə sadiq qalmalıdır " deyib.

Juncker məqaləsində Almaniyanın Die Welt qəzetinin Türkiyə təmsilçisi Deniz Yücel və digər jurnalistlərin məhkəməsi olmadan həbs olunmasını tənqid edərək bu vəziyyətin "insan haqqları, mətbuat azadlığı və hüququn üstünlüyünü əsas kimi qəbul edən ittifaq ölkələrinə uyğun olmadığını" yazıb.

Juncker "Aİ-na daxil olmaq istəyənlər, dəyərlər ittifaqına daxil olmaq istəyirlər deməkdir. Avropanın Türkiyəyə uzatdığı əl yerindədir. Amma Türkiyə açıqca Avropa rənglərini göstərməli və Avropanın əsas dəyərlərini anlayıb ciddi qəbul etməlidir" şərhini yazıb. Aİ başçısı edamla bağlı mübahislərə toxunaraq "Türkiyə edam qərarını geri gətirsə, Aİ-na üzvülüyünə qapını tamamilə bağlamış olacaq" deyib.

Juncker 15 iyul hadisələri zamanı məclisin hücuma məruz qalması və yaralanan dinc sakinlərin görüntüsünün onda iz buraxdığını bildirərək "Biz xüsusilə çətin günlərdə Türkiyənin yanındaydıq və indi də yanındayıq" ismarıcını verib.

"Türkiyənin Avropadan uzaqlaşmasının deyil, yaxınlaşmasını arzuladığını" ifadə edən Juncker Türkiyə ilə Aİ arasında imzalanan köçkün razılaşmasının tərəflər arasında "bir çox şeyin əldə ediləcəyinə" işarət etdiyini qeyd edib.

Fotonun müəllifi EPA/PRESIDENTIAL PRESS OFFICE
Image caption Prezident Erdoğan 15 iyul hadisələrinin ildönümündəki çıxışında Aİ tənqid edib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan 15 iyul hadisələrinin ildönümü münasibətilə etdiyi çıxışında Aİ-nı bu sözlərlə tənqid etmişdi:

"Nə edirsənsə et, Aİ-nın münasibəti ortadadır. 54 il keçdi. Bunlar hələ bizimlə zarafat edirlər. Verdikləri sözü yerinə yetirmirlər, "viza tətbiqinə əməl etmirlər, köçkünlərlə bağlı "bu qədər pul verəcəyik" desələr də vermirlər. Biz öz göbəyimizi özümüz kəsəcəyik, başqa çarəmiz yoxdur. Hamburg-dakı G20-də bizdən 250 şəhidi deyil, hələ də həbs olunan FETO-çuları soruşurlar".

Türkiyə prezidenti Erdoğan Fethullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində mühakimə olunanlar üçün edam cəzasının tətbiq edilməsi çağırışını 15 iyul Şəhidlər Körpüsündəki çıxışında təkrarlayaraq "Bu xainlərin başını qopardacayıq" deyib.

Bu barədə daha geniş