İD lideri Bağdadi "sağdır"

Ebubekir el Bağdadi en son 2014'te görüldü. Fotonun müəllifi AFP

İraqın Kürdüstan Regionunun terrorla mübarizə mərkəzinin rəhbəri Lahur Talabani öldüyü deyilən özünü İslam Dövləti (İD) adlandıran qrupun lideri Əbu Bəkir əl-Bağdadi-nin ölmədiyini bildirib.

Talabani, Bağdadi-nin Suriyanın Rəqqa şəhərinin cənubunda olduğunu qeyd edib.

Reuters-ə danışan Lahur Talabani deyib: "Bağdadi qəti şəkildə həyatdadır. Ölmədi. Həyatda olduğuna dair bilgimiz var. 99 faiz həyatda olduğuna inanırıq."



"Unutmayın, (Bağdadi'nin) kökləri İraqdakı əl Qaidə günlərinə dayanır. Təhlükəsizlik qüvvələrindən saxlanılırdı. Nə etdiyini yaxşı bilir", deyə Talabani əlavə edib.

Onun sözlərinə görə, İD-in tam məğlub edilməsi 3-4 il çəkə bilər.

Fotonun müəllifi Reuters
Image caption Rəqqadakı əməliyyatlara ABŞ havadan dəstək verir

İraq ordusu aylarca davam edən əməliyyatlardan sonra Mosulu İD-dən geri ala bilib.

Hazırda isə Suriyada İD-in Rəqqadaki iqamətgahına qarşı döyüşlər davam edir.

Bu barədə daha geniş