Kılıçdaroğlu The Times-a danışıb: “Terrorçu anlayışını qəbul etmirəm, hətta buna gülürəm”

Erdoğan kız çocuğu seviyor Fotonun müəllifi EPA

Böyük Britaniyanın The Times qəzetinin bazar günü nəşr olunan sayının baş yazısında Türkiyə prezidenti Recep Tayyip Erdoğanın 15 iyul hadisələrinin ildönümü ilə bağlı keçirdiyi tədbirlərdən "düşmənlərini əsəbləşdirmək və gücünü artırmaq üçün istifadə etdiyi" ifadəsi yer alıb.

CHP lideri Kemal Kılıçdaroğludan müsahibə alan qəzet, Erdoğanın onu və partiyasını "artıq terror qruplaşmaları ilə birlikdə hərəkət etmə nöqtəsinə gəliblər" ittihamını necə dəyərləndirdiyini soruşub.

"Terrorçu anlayışını qəbul etmirəm, hətta buna gülürəm" deyən Kılıçdaroğlu bu fikirləri dilə gətirib:

"Azad ruha sahib olmağım həqiqətiylə barışa bilmirlər. Əgər biri demokratik olmayan bir mədəniyyətdən gəlibsə, mənim keçirdiyim mitinqə də terrorçu mitinqi deyecəkdir".

"Heç bir Qərb hökuməti çevrilişi yaxşı qarşılamadı"

"Ankaranın sultanı" adlı yazıda 15 iyul hadisələri ilə bağlı İstanbulda həyata keçirilən tədbirlərdə Erdoğanın "dəstəkçilərini toplamaq" və ayrıca həbsləri "qanuniləşdirmək" fürsəti tapdığı bildirilib.

İstanbuldakı tədbirlərdə "təmtəraqlı çıxışı və təhdidedici tonuyla bir Sovet Kommunist Partiyasının nümayəndəsinə" bənzədiyini yazan qəzet məqalədə bu ifadələrə yer verib:

"Kimsə çevrilişə müqavimət göstərmək üçün küçələrə çıxan insanların cəsarətinə şübhə etmir. Heç bir Qərb hökuməti çevrilişi yaxşı qarşılamazdı və qarşılamadı da. Erdoğan və partiyası isə indi CİA-nı (Mərkəzi Kəşfiyyat İdarəsi) gizlicə qiyamçıları dəstəkləməkdə ittiham edir. Ancaq Qərbi və Türkiyədəki bir çox insanı narahat edən, emosional prezidentin tədbirləri düşmənləriylə və siyası müxaliflərlə hesablaşmaq üçün necə istifadə etməsi idi."

Erdoğan NATO müttəfiqlərini həyəcanlandırdı

15 iyul hadisələrindən sonra keçən bir il ərzində 150 min adamın həbs olunduğu, qovulduğu və ya işdən azad edildiyi qeyd edilən yazıda Erdoğanın xarici siyasətdə atdığı addımlara da diqqət yönəldilib:

"Erdoğan özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı müharibə aparan kürd qruplaşmalara hücum edərək ABŞ qəzəbləndirdi. Rusiyaya məxsus qırıçı təyyarəni vurararaq Vladimir Putinlə yaxın bir ittifaq qurmaqla, son dövrdə Qətərə tətbiq edilən embarqodan sonra Səudiyyə Ərəbistanına meydan oxumaqla NATO-dakı mütəffiqlərini həyəcanlandırıb."

Fotonun müəllifi AFP

Yazıda Erdoğanın "Nazi" bənzətməsiylə "Türkiyənin Avropa İttifaqına (Aİ) mümkün üzvülüyünü təyin edəcək Almaniya və Hollandiya liderlərini təhqir etdiyi" bildirilib.

The Times-ın Kılıçdaroğlu ilə müsahibəsi

"Amma bunların heç biri Erdoğanı narahat etmir" deyə davam edən yazıda "Prezident Türkiyəni düşmən xarici qüvvələrin qurbanı kimi təsvir edərək, dəstəkçilərinə onları və türkün şərəfini qoruyacağını söyləyərək uğur əldə etdi" deyilib.

Fotonun müəllifi Getty Images
Image caption CHP lideri Kemal Kılıçdaroğlu Məclisdə 15 iyula həsr olunmuş xüsusi iclasda çevrilişlə bağlı aparılan istintaqda hökuməti tənqid etmişdi

Bundan başqa The Times-ın baş yazısında Erdoğan "özlərini gücdən və qüvvədən kənarlaşdıran dindarlar və dünyəvilər arasındakı ayrı-seçkiliyi qəsdən alovlandırmaqda" ittiham olunur.

Yazıda Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kemal Kılıçdaroğlunun başçılıq etdiyi Ədalət Mitinqinin də bunun bir təzahürü olduğu fikri yer verilib.

Qəzet tədbirlərdən müşahidələrə və qısa şərhlərə geniş yer ayırıb.

The Times-ın müxbiri Hannah Lucinda Smith-in Kılıçdaroğlu ilə etdiyi müsahibə Ədalət Mitinqi barədədir. Kılıçdaroğlu müsahibəsində Türkiyəni "demokratiyaya geri qaytarmaq" sözünü verib. Bundan sonra daha çox küçə etirazları təşkil edəcəyini söyləyən Kılıçdaroğlu sözlərini belə davam etdirib:

"Biz 15 iyul hadisələrinin qarşısındayıq. Yaşananları "xalqın demokratiya savaşı" kimi qəbul edirik. Amma digər tərəfdən bir də "Sarayın 15 iyulu" var. Saray çevrilişdən istifadə edərək, beş gün sonra fövqəladə vəziyyət elan etdi. Biz buna "Sarayın çevrilişi" deyirik."

Bu barədə daha geniş