İlin ikinci rübündə Çin iqtisadiyyatının 6,9 faiz artımı proqnozlardan yüksəkdir

Shanghai skyline Fotonun müəllifi Getty Images

Bu ilin aprel və iyun ayları arasında Çin iqtisadiyyatı proqnozlardan daha yüksək olan 6,9 faiz artımla böyüyüb, rəsmi statistika göstərir.

Əvvəlki ilin eyni rübü ilə müqayisə olan ölçü, 2017-ci ilin ilk rübündə müşahidə edilən artımla eynidir.

Çin hökuməti böyüyən borc və ev qiymətlərin kəskin artımı ilə mübarizə aparmaq üçün daşınmaz mülk bazarında və kreditorlar üçün daha sərt qaydalar yaradıb.

Bir çox təhlilçi yeni qaydalar səbəbindən iqtisadiyyatın artımının azalacağını ehtimal edirdilər.

Lakin yeni rəqəmlər Pekinin 2017-ci il üçün gözlənilən 6,5 faiz artım hədəfindən yüksəkdir.

Yeni qaydalara baxmayaraq, daşınmaz mülk bazarında ikinci rüb artımı keçən illə müqayisədə 8,5 faiz artıb.

2016-cı ildə Çin iqtisadiyyatı 26 il ərzində ən aşağı iqtisadi artımla üzləşmişdi.

Lakin bu il iqtisadiyyatın artımı bir daha sürətlənib.

Əlaqəli mövzular

Bu barədə daha geniş