İnsan bədəni texnologiya ilə birləşəndə

Professor Hugh Herr Fotonun müəllifi MIT
Image caption Professor Hugh Herr, bizim "insan tarixində mühüm dəyişiklik dövründə" olduğumuzu deyir

İnsanlar robot olmağa qərar verəndə nə olacaq? Massachusetts Institute of Technology (MIT) alimi professor Hugh Herr, bədənimizi texnologiya ilə birləşdirmək üçün yaranan imkanlara görə bizim "insan tarixində mühüm dəyişiklik dövründə" olduğumuzu deyir.

O, bildirib ki, onun rəhbərlik etdiyi MİT Biomechatronics qrupu iflic və ya amputasiya ilə yaranan fiziki əngəllikləri tamamilə aradan qaldırmaq üçün lazımi elmi və texnoloji mühiti yaratmaq istəyir.

İki ayağı amputasiya olunan profesor Herr-in qrupu insanların sinir sistemini texnologiya ilə biləşdirmək istədiyi bildirib.

2014-cü ildə, profesor Herr-in texnologiyası Boston hücumunda ayağını itirən rəqqasə Adrianne Haslet-Davis-ə bir il içində bir daha rəqs etməyə imkan yaradıb.

Image caption Bu protez qaldırılanda harda olduğunu ölçüb sonra necə hərəkət etməli olduğunu ölçə bilir

Hazırda, profesor Herr-in komandası mühəndislik baxımından təkrarlamaq üçün çox mürəkkəb olan, lakin insan bədənini üçün təbii və sadə hərəkətləri texnologiya ilə əvəzləməyi təqib edir.

Komandanını yeni üsullarından biri özünüidarə edən avtomobillərdə istifadə edilən məsafə ölçən texnologiyaya bənzəyir və protez ayaqlara ətrafı barədə məlumat verir.

Bu protez ayaqlara pilləkənlərdən istifadə edən də və sadəcə gəzəndə fərqli hərəkət etməyində vacib rol oynayır, komandanını alimlərindən biri, Roman Stolyarov deyib.

Lakin komanda tək protezlər yox, həm də əlilliyi olmayanların bədənlərini gücləndirən yeni texnologiyaları araşdırır.

Fotonun müəllifi Lowes / Virginia Tech
Image caption Eksoskletlər hərəkətlərə sərf olunan fiziki çətinlikləri azaldır

Komandanın yaratdığı eksoskletlər bədəni əhatə edir və motorlarla təbii hərəkətləri möhkəmləndirir və hərəkətlərin fiziki çətinliyi təxminən 25 faiz yüngülləşdirir.

Təhqiqatçı alim Tyler Clites bu eksoskletlərin bir neçə il ərzində satışa çıxarılacağını bildirib.

Profesor Herr yeni protezlərdən istifadə edən şəxslərin "mən sağalmışam, bu mənim bir hissəmdir" dediklərini bildirib.

Gələcəkdə o, insanların beyinini birbaşa yeni protezlərə birləşdirərək protezlərin təbii bədən hissəsi kimi qəbul edilməsinə yolun açılacağını deyib.

Bu baş verəndə, "biz cürbəcür materiallardan özümüzə bədən yaratmağı daha asanlıqla qəbul edəcəyik", o vurğulayıb.

Bu barədə daha geniş