Britaniya: ölümcül xəstə kişi özünü öldürmək hüququ uğrunda məhkəmədə mübarizədədir

Noel Conway
Image caption Noel Conway

Britaniyanın Yüksək Məhkəməsi ölümcül xəstəliyi olan kişinin özünü öldürmək hüququnu əldə etmək üçün irəli sürdüyü işi müzakirə edəcək.

Yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən 67 yaşlı Noel Conway vəziyyətinin ağırlaşdığı halda həkimin ona ölümcül səviyyədə dərman verməsini istəyir.

O, yaxınları ilə "zombi kimi vəziyyətdə psixoloji və fiziki baxımdan əziyyət çəkəndə yox, vaxtında sağollaşmak" istədiyini deyib.

Hazırki qanunlara əsasən, ona bunda kömək edə biləcək həkimi 14 ilə qədər həbs cəzası gözləyir.

Cənab Conway BBC-ə deyib ki, o, tamamilə iflic olub, hətta əlaqə saxlamağa qadir olmadığı vəziyyətə düşə bilər. "Mən bunu heç cür qəbul edə bilmərəm", o vurğulayıb.

Fotonun müəllifi NOEL CONWAY
Image caption Xəstəliyindən əvvəl kollecdə dərs deyən cənab Conway xizək və velosiped sürərmiş

Xəstəliyindən əvvəl kollecdə dərs deyən, lakin hazırda təqaüdçü olan cənab Conway xizək və velosiped sürərmiş. Lakin xəstəliyi onun əzələlərinin gücünü getdikcə məhv edir.

O, artıq gəzə bilmir və bəzən nəfəs almaq üçün ona kömək edən cihazdan istifadə etməli olur. Xəstəliyi artdıqca cənab Conway öz bədənində linc qalmaqdan qorxur.

Fiziki zəifliyindən məhkəməyə gələ bilməyən cənab Conway-i vəkilləri təmsil edəcək və onun həyatı barədə qərar verməyə qadir olduğu halda ləyaqətli ölüm seçməyə hüququ olduğunu irəli sürəcəklər.

İnsanların özünü öldürmək hüququnu ləğv edən qanuna qarşı bundan əvvəlki son iddia, 3 il əvvəl baş verib. O zaman ali məhkəmə iddianı rədd edərək hazırki qanunu qüvvədə saxlayıb.

2015-ci ildə Britaniya parlamentində keçirilən səsvermədə millət vəkilləri "kömək ilə ölümü" qanuniləşdirən təklifi rədd etmişdilər.

Hazırki qanunlara əsasən "köməklə intihar - başqasına özünü öldürməsinə kömək və ya təşviq etmək" qanunsuzdur.

1961-ci il intihar qanunları çərçivəsində başqasına sui-qəsd yetirməkdə kömək edən şəxsləri 14 ilə qədər həbz cəzası gözləyir.

Bu barədə daha geniş