Səudiyyə Ərəbistanı: qısa ətəkli qadın sərbəst buraxılıb

Screengrab from video posted by "Khulood" showing a woman walking through a historic village in Saudi Arabia Fotonun müəllifi Twitter
Image caption "Khulood"-un Ushayqir ətrafında gəzintidə olarkən çəkilmiş videoyazısı Snapchat mobil sosial şəbəkəsində paylaşılıb

Səudiyyə polisi qısa ətək və kofta geyinərək ictimai yerdə gəzən və bu görüntüləri internetdə yerləşdirmiş gənc qadını sərbəst buraxıb.

"Khulood" adlı model, Ushayqir ərazisində tarixi qalada gəzintidə olarkən çəkilmiş video görüntülərini paylaşıb.

O, mühafizəkar müsəlman ölkəsinin ciddi geyim kodeksini pozduğuna görə polisə çağrılmışdı.

Qızğın mübahisələrə səbəb olmuş video yayımlandıqdan sonra bəziləri onun həbsini istəyirdi.

Çərşənbə axşamı polis ondan izahat aldıqdan sonra onu sərbəst buraxıb.

Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə "əbayə" adlanan geniş və uzun xalat tipli paltarlar geyinməlidirlər və başlarını şərflə örtməlidirlər.

Onlara həmçinin maşın sürmək qadağandır. Bu ölkədə qadınlar qohumları olmayan kişilərlə əlaqə yarada bilməz.

Həftəsonu Snapchat mobil sosial şəbəkəsində paylaşılan videoda "Khulood" Najd əyalətində, paytaxt ər-Riyaddan 155 km şimalda yerləşən Ushayqir kəndində boş küçədə gəzərkən görüntülənib.

Najd Səudiyyə Ərəbistanında ən mühafizəkar regionlardan biridir. Məhz burada, 18-ci əsrdə Səudiyyə kral ailəsinin və dini quruluş tərəfindən tətbiq edilən Sünni İslamın sərt forması olan Vəhhabiliyin banisi anadan olub.

"Cəsurluq"

Görüntülər sosial mediada qızğın müzakirələrə səbəb olub.

Digər Səudiyyə sakinləri qadını müdafiə edərək onun "cəsurluğunu" yüksək qiymətləndirib.

Yazıçı və filosof Wael əl-Gassim bildirib ki, onu "qəzəbli, dəhşətli tvitləri görmək sarsıdıb".

"Mən elə bilirdim, o, kimisə bombalayıb və ya qətlə yetirib. Amma hekayə isə onların bəyənmədikləri ətək barədə imiş. Mən düşünürəm, Vision 2030 həbs edilsə nə qazanacaq", o yazıb.

Bununla o, Səudiyyə Ərəbistanının yeni təyin olunmuş 31 yaşlı varisi Şahzadə Məhəmməd bin Salman-ın islahatlar proqramına istinad edib.

Bəzi sosial şəbəkə istifadəçiləri Khulood-u müdafiə edərək, ABŞ prezidenti Donald Trump-ın həyat yoldaşı, Melania və qızı İvankanın may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı "əbayə" və baş örtüyü geyinməkdən imtina etməsini xatırladıb.

Digərləri yazıb ki, qadın əcnəbi olsaydı, insanlar onun gözəlliyindən bəhs edərdi, amma səudiyyəli olduğu üçün onun həbsi istənilir.

"Din polisi qayıtmalıdır"

Jurnalist Khaled Zidan yazıb: "Burada Haia-nın (dini polisin) qayıtması vacibdir".

Başqa bir istifadəçi isə qeyd edib: "Biz ölkənin qanunlarına hörmətlə yanaşmalıyıq. Fransada niqab [sifəti-əhatə edən örtük] qadağan olunub və qadınlar onu geyinsə cərimələnir. Səudiyyə Ərəbistanında "əbayə" və sadə geyim krallığın qanunlarının bir hissəsidir".

Bazar ertəsi Okaz qəzeti xəbər verib ki, Ushayqir rəsmiləri əyalətinin qubernatorunu və polisi qadına qarşı tədbirlər görməyə çağırıblar.

Bu barədə daha geniş