Qətər böhranı: BƏƏ xəbər agentliyinə kibermüdaxiləni təkzib edir

Qatar Havayolları Fotonun müəllifi Reuters
Image caption Bir qrup ərəb ölkəsi Qətər təyyarələrinə öz hava məkanlarını bağlayıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər xəbər agentliyinə may ayında baş vermiş kibermüdaxiləyə aidiyyatı olması barədə məlumatları təkzib edib.

Haker hücumu barədə kəşfiyyat mənbələrinə istinad edən The Washington Post qəzeti xəbər verib.

Həmin yazıya görə Qətər əmirinə məxsus olduğu deyilən təhrikedici ifadələrin sayta yerləşdirilməsi arxasında BƏƏ olub.

Qətər əmiri onun adından yazılanların uydurma olduğunu bildirib.

Qətər hesab edir ki, ABŞ-da dərc edilmiş məqalə kiberhəmlənin baş verdiyini təsdiqləyir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Qətər miqrantları nədən narahatdır?

BƏƏ-nin xarici işlər naziri The Washington Post qəzetindəki xəbərin "həqiqətə uyğun" olmadığını deyib.

Hadisə Qətər və onun qonşuları arasında diplomatik qarşıdurmanı dərinləşdirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş