Anasına təsəlli vermək üçün kişi ölən bacısının paltarlarını geyinir

This un-named man says he has dressed as a woman for "to help his mentally ill mum cope with the death of his sister" Fotonun müəllifi Pear Video
Image caption The man with his elderly mother

50 yaşlı çinli yas tutan ruhi sağlamlıq problemləri olan anasına təsəlli vermək üçün 20 il ərzində mərhum bacısının paltarlarını geyinib.

Müvafiq video sosial mediada geniş yayılıb. Adı çəkilməyən şəxsin videosu yalnız Weibo saytında 4.2 milyon dəfə baxılıb

Görüntüdə ənənəvi cheongsam donunda olan kişi anasının yanında durur.

O, Pier Video saytına deyib ki, anasında ruhi xəstəlik əlamətləri nəzərə çarpandan sonra qadın paltarlarını geyinməyə başlayıb. Kişinin sözlərinə görə anası qızının yenidən həyata qayıtdığına inanıb.

"O, çox məmnun olduğu üçün mən bunu davam etdirirdim".

"Demək olar ki, bundan sonra qadın kimi yaşamışam. Mənim heç bir kişi paltarım yoxdur".

Fotonun müəllifi Sina Weibo
Image caption Minlərlə istifadəçi #HePosedAsHisDeadSisterFor20Years# bu həştəqdən istifadə edib.

Videoda ana deyir: "Bu mənim qızımdır. Mənim başqa qızım öləndə bu mənim qızım oldu".

Kişi deyir ki, "bunları anası üçün" etdiyinə görə onu başqa adamların fikirləri maraqlandırmır.

"İnsanların mənə gülməyindən niyə qorxmalıyam ki?"

Böyüklərə hörmət

Valideyn, yaşlılar və sələflərə hörmət Çin mədəniyyəti və cəmiyyətinin təməl dəyərlərindəndir.

Bu ənənə qədim Konfutsi fəlsəfəsinə əsaslanır.

Materialda BBC Monitoring, UGC və Social News komandasının məlumatları istifadə olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş