Cənubi Koreyaya qaçmış qadın Şimali Koreya "videosunda peyda olur"

Proqramdan bir hissə Fotonun müəllifi Uriminzokkiri
Image caption Şimali Koreya təbliğatında qadının könüllü qayıtdığı deyilir.

Cənubi Koreyanın kəşfiyyat xidməti Şimali Koreyadan qaçandan sonra cənubda məşhurlaşan qadının oğurlanıb Pxenyana aparılması barədə məlumatları araşdırır.

2014-ci ildə Cənubi Koreyaya keçən Lim Ji-hyun TV proqramlarında peyda olandan sonra tanınmağa başlandı.

Ötən bazar günü isə ona bənzər qadın Şimali Koreyanın təbliğat verilişinə çıxarılıb.

Bu Lim Ji-hyun-un oğurlanması barədə şayilərə zəmin yaratdı.



Videoda ölkədən aldadılaraq aparıldığını deyən qadın Şimali Koreyanı şərləməyə məcbur olunduğunu bildirir.

O, daha sonra könüllü olaraq geri qayıtdığını vurğulayır.

Xanım Lim Cənubi Koreya televiziyasının tok şou və realiti proqramlarına qatılan tanış simalardan olub.

Seulda Lim Ji-hyun-un Şimali Koreyada olduğunu hesab edirlər.

Hərçənd ki, videodakı qadının məhz xanım Lim olduğu rəsmi şəkildə təsdiqlənməyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Peru şamanları dünyanı sülhə çağırır

Bazar günü internetdə yayılan təbliğat videosu rYoutube kanalına Şimali Koreyanın Uriminzokkiri saytı tərəfindən yerləşdirilib.

Videodakı qadın özünü Jeon Hye-Sung kimi təqdim edir.

Onunla müsahibədə Cənubi Koreyadan qayıtmış daha bir şəxs - Kim Man-bok da iştirak edir.

Lim Ji-hyun-un sözlərinə görə onu Cənubi Koreyaya "bol yemək və çox pul qazanmaq" barədə uydurmalarla cəlb ediblər.

O, öz ölkəsinə şər atmağa məcbur oldunduğunu deyir.



Lim Ji-hyun Cənubi Koreyada hər şeyin pul üzərində qurulduğunu və çətinliklə dolandığını deyir.

"Mən Cənubi Koreyada özümü tənha hiss edirdim və valideynlərim üçün darıxmışam".

Aprel ayında ad günü ziyafətinə görə pərəstişkarlarına minnətdarlığını bildirən Lim Ji-hyun bunu "həyatının bəlkə də ən xöşbəxt günü" adlandırmışdı.

Kəşfiyyat xidməti xanım Lim-in Pxenyana necə getməsini araşdırır.

Bəziləri onun Şimali Koreya ilə Çin sərhədində ailə üzvlərini gətirməyə cəhd edərkən oğurlandığını iddia edir.

Fotonun müəllifi Uriminzokkiri
Image caption Videoda vaxtilə Cənubi Koreyaya qaçan daha bir nəfər iştirak edir.

Şimali Koreyada saxta videoların yayılması məlum olsa da, Cənubi Koreya məlumata ciddi yanaşdğını bildirir, Seuldan BBC müxbiri Karen Allen-in göndərdiyi məlumatda deyilir.

Ötən illər ərzində 10 minləlrə adam Şimali Koreyadan sərhədin cənub tərəfinə keçib.

Yarımadanın birləşməsi üzrə Cənubi Koreya qurumu 2012-ci ildən bəri yalnız 25 nəfərin geri qayıtdığını bildirir.

Şimali Koreyadan qaçanlar arasında Cənubi Koreya həyatına uyğunlaşmanın çətin olduğunu deyənlər var.

Belələri iş tapmağın asan olmadığını və ailələri üçün darıxdıqlarını qeyd edirlər.

Bu barədə daha geniş