Trump və Putin Almaniyada "gizli görüş" də keçirib

U.S. President Donald Trump speaks with Russian President Vladimir Putin during their bilateral meeting at the G20 summit in Hamburg on 7 July Fotonun müəllifi Reuters

ABŞ Prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin ilə bu ay keçirilmiş G20 sammiti zamanı bir deyil, iki dəfə görüşdüyü məlum olub.

Rəsmi danışıqlardan sonra baş tutmuş görüş barədə əvvəldən heç bir məlumat verilməyib, Ağ Ev də onun detallarını açıqlamayıb.

Prezident Trump "gizli nahar" barədə iddiaları "saxta xəbər" adlandırıb.

İki liderin qarşılıqlı münasibətləri Rusiya ilə Trump kampaniyasının sövdələşməsi ittihamları fonunda intensiv nəzarət altındadır.

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya ötən il prezident seçkilərində cənab Trumpa kömək edib. Rusiya bu iddiaların bəzilərini təkzib edib. Cənab Trump isə hər hansı sövdələşməni rədd edib.

Media yazır ki, ikinci görüşdə cənab Trump tək olub və görüşdə cənab Putin və onun tərcüməçisi iştiak edib. Görüş bir saat davam edib.

Fotonun müəllifi Reuters
Image caption Şam yeməyi zamanı cənab Trump-ın həyat yoldaşı Melania cənab Putin-in yanında əyləşib.

Müzakirə mövzusu barədə Ağ Ev rəsmilərindəki məlumat yalnız cənab Trumpın dediklərinə əsaslanır, çünki prezident köməkçiləri də görüşdə olmayıb.

Ağ Ev bu məlumatı mediada çıxan yazılardan sonra təsdiqləyib, lakin adı çəkilməyən rəsmi görüşü "ikinci görüş" kimi deyil, "qısa söhbət" kimi səciyyələndirib.

Rəsmi onu da deyib ki, ABŞ-lı tərcüməçi rusca bilmədiyindən rus tərcüməçinin yardımından istifadə olunub.

Fotonun müəllifi Twitter
Image caption Cənab Trump isə Twitter-də bildirib: "Putinlə gizli nahar barədə xəbərlər saxta "xəstədir". Bütün G20 liderləri və xanımları Almaniya Kansleri tərəfindən dəvət olunub. Mətbuat bilirdi"

Danışıqlar barədə ilk məlumat ABŞ-da mənzillənən Eurasia Groupun prezidenti İan Bremmerin müştəriləri üçün hazırladığı bülletendə açıqlanıb. Onun sözlərinə görə, prezidentlər həm "təkbətək və qızğın" söhbət edib və ABŞ-lı tərcüməçinin olmaması şam yeməyində hamını təəccübləndirib.

Ağ Ev rəsmisi əlavə edib ki, hökumətin "ikinci görüşü gizlətmək" cəhdi barədə "iftiralar yalan, qərəzli və absurddur".

Bu barədə daha geniş