86 yaşlı cavahirat oğrusu Doris Payne bir daha həbs edilib

Picture of Doris Payne which has been released by Chamblee police Fotonun müəllifi Chamblee Police

Oğurluğa 1950-ci illərdə başlayan 86 yaşlı ABŞ-lı cəvahirat oğrusu bir daha oğurluq ittihamı ilə saxlanılıb.

Doris Payne Georgia ştatının Chamblee şəhərində yerləşən Walmart supermarketində 86,22 dollar (145 manat) dəyərində ərzaqla saxlanıb, polis bildirib. Hazırda, o, zaminlə azad buraxılıb.

Həbs olunduğu vaxt bundan əvvəl mağazadan oğurluq etdiyinə görə xanım Paynein ayağında müşahidə bilərziyi var idi.

Keçmişdə cəvahirat oğrusu olan xanım Paynein oğurladığı daşların ümumi dəyəri 2 milyon dollar olduğu ehtimal edilir və 2013-cü ildə onun barədə bir sənədli film buraxılıb.

Onun vəkili Drew Findling yerli mediaya deyib:

"Bu əvvəlki işlərdən kəskin şəkildə fərqlənir. Burda söhbət yüksək səviyyəli cavahiratdan getmir. Burda söhbət gündəlik dolanmaq üçün yeməyə və dərmana ehtiyacı olan 86 yaşlı qadından gedir."

Bu hadisədən bir qədər əvvəl o, 2 min dollarlıq almaz boyunbağı oğurladığını etiraf etmişdi.

Ev həbsi ilə cəzalandırılan xanım Payne-ə oğurluq baş verən Atlanta şəhərinin mərkəzində yerləşən ticarət mərkəzlərinə getməsi qadağan edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş