Britaniya mətbuatı: Trump-ın ətrafındakı həlqə daralır

Fotonun müəllifi Getty Images
Image caption Prezident Trump (sağda) iddia edir ki, onun oğlunun (solda) ruslarla görüşü normal müxalifətçi araşdırması olub.

Uşaqları çox təmiz saxlamaq niyə təhlükəlidir?

"The Guardian" yazır ki, bir vaxtlar Şərqi Avropadan Birləşmiş Ştatlara 1,4 milyard dollarlıq çirkli pul ötürən Rusiya mənşəli amerikalı biznesmen prezident Donald Trump-ın oğlunun rusiyalı vəkillə görüşündə iştirak edib.

Məqalədə deyilir ki, Irakly "Ike" Kaveladzenin 2016-cı il iyunun 9-da Trump Tower-dəki görüşdə iştirak etməsi təsdiqlənib .

Donald Trump-ın böyük oğlu rusiyalı vəkillə görüşə, ondan Hillary Clinton-a aid ziyanlı informasiyanı almaq üçün getmişdi.

Bundan əvvəl bəlli olmuşdu ki, rusiyalı vəkil Natalya Veselnitskya ilə görüşdə keçmiş sovet kəşfiyyatçısı Rinat Axmetşin də olub.

Kaveladzeyə gəlincə isə 2000-ci ildə New York Times qəzeti onun 2,000 ofşor şirkəti vasitəsilə 1, 4 milyard dollarlıq çirkli vəsaiti yumasından yazmışdı.

Kaveladze və onun vəkili Balber "The Guardian" qəzetinin sorğusuna dərhal cavab verməyiblər.

"The Guardian" yazır ki, belə açıqlamalar Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi barədə iddiaları daha da kəskinləşdirib.

"The Guardian" yazır ki, hələ görüşdən əvvəl oğul Donald Trump-ın Hillary Clinton-a dair gözdən salan məlumatı almaq istədiyi bəlli idi.

Həm də bu informasiyanın Rusiya maqnatı Ağalarov vasitəsilə Rusiya hökumətinin Trump-ın seçki kampaniyasına dəstəyi kimi verildiyi bildirilirdi.

"The Guardian" yazır ki, son məlumatlara görə Veselnitskaya ilə görüşdə Axmetşindən başqa Kaveladze də olub.

Məqalədə deyilir ki, bütün bunlar çox böyük ehtimalla Konqresin iki komitəsi tərəfindən dərindən araşdırılacaq.

"The Guardian" yazır ki, Trump-ın kürəkəni Kushner dövlət qulluğuna daxil olarkən bu görüşün təfərrüatları barədə məlumat verməyib.

Prezident Trump isə iddia edir ki, onun oğlunun ruslarla görüşü normal müxalifətçi araşdırması olub.

Lakin Konqresdəki hər iki partiya bu yanaşmanı rədd edir və bildirir ki, Trump kampaniyası bu görüşün təfərrüatlartını FTB-yə bildirməıliydi.

Akhmetshin bildirir ki, oğul Trump-ın iddialarına rəğmən vəkil Veseltinskaya ona bir qovluq sənəd verib.

Fotonun müəllifi Three Lions/ Getty Images

Həyat faciələri beyni qocaldır

"The İndependent" yazır ki, stresli həyat hadisələri, məsələn uşağın ölümü, boşanma və ya iş yerinin itirilməsi beyni ən azı dörd il qocaldır.

Wisconsin Universitetinin Təbabət və İctimai Sağlamlıq Mərkəzinin ekspertləri beyni qocaldan 27 stresli həyat təcrübəsini aşkar ediblər.

Alimlər bu nəticəyə gəliblklər ki, ömrün müəyyən bir mərhələsində yaşanan stres beynə təsirini ömrün qalan illəri ərzində göstərir.

Məqalədə deyilir ki, araşdılrmaçılar 1320 nəfəri neyroloji testlərdən keçiriblər.

Bu da qeyd olunur ki, təcrübədən keçən insanların 1232-si ağdərili idi, 82 nəfər isə Afrika amerikalısı idi. Bu adamların hamısı həyatlarınmın müəyyən mərhələsində sters yaşamışdılar.

Araşdırmada iştirak edənlərin orta yaşı 58 idi.

Bu təhqiqatdan bəlli olub ki, Afrika amerikalıları ağlarla müqayisədə 60 faiz daha çox stres keçiriblər.

Altsaymer Assosiyasından doktor Maria Carrillo deyib ki, araşdırmaçılar əsas diqqəti ən kəskin streslərə yönəltmişdilər. Bura valideyinin ölümü, məişət zorakılığı, işin itirilməsi, yoxsulluq daxil idi.

Alimlər diqqəti belə bir məqama çəkirlər ki, uşaq üçün məktəbin dəyişdirilməsi stersli təcrübə ola bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş