Əlləri nəql edilmiş ilk uşaq indi beysbol oynayır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Zion beysbol oynayır

ABŞ-da hər iki əli nəql edilən ilk uşaq olaraq tarixə düşən Zion Harvey indi beysbol sahələrində özünü nümayiş etdirir. Baltimore şəhərində doğulan Zion indi 10 yaşındadır. İki il əvvəl keçirilən əməliyyat zamanı həkimlər onun hər iki qoluna əl nəql ediblər.

Keçirilən tibbi müayinələrə görə, əlləri bir donordan alınmış olsa da, Zion-un beyni onları sanki özününkü kimi qəbul edib.

Fotonun müəllifi Children’s Hospital of Philadelphia
Fotonun müəllifi Children’s Hospital of Philadelphia

Philadelphia Uşaq Xəstəxanasının həkimi Sandra Amaral BBC-yə verdiyi müsahibədə Zion-un sürətli bir şəkildə inkişaf etdiyini söyləyib.

Amaral "Artıq beysbol çubuğunu tutarkən istiqaməti daha yaxşı tutur. Artıq adını daha aydın şəkildə yazır. Hissiyyatı irəliləməyə davam edir. Bu inanılmazdır" deyib.

Zion artıq anasının yanağını oxşadığında bunu hiss edə bilir.

Fotonun müəllifi CHILDREN'S HOSPITAL OF PHILADELPHIA

Zion ölümcül bir infeksiya olan sepsisə (qan zəhərlənməsi) yoluxduğunda iki əli biləyindən və iki ayağı dizdən aşağı kəsilib. Böyrək çatışmazlığı üzündən iki il dializdə qalan Zion 4 yaşında təkrar əməliyyat keçirib.

Anası Pattie Ray Zion-a öz böyrəklərindən birini verib.

2015-ci ilin iyununda Ziona cüt əlin nəql edilməsi tarixdə ilk hadisə deyildi.

1998-ci ildə ilk cüt əl nəqli həyata keçirilmişdi. Lakin bu xəstələr arasında ən gənc Zion olub.

Fotonun müəllifi Children's Hospital of Philadelphia

Aralarında 10 cərrah olan 40 həkim əməliyyatda iştirak edib. Gecə boyu davam edən əməliyyatda ən böyük çətinlik əllərin ömür boyu fəaliyyətdə olmasını təmin edən bütün kiçik qan damarlarını bağlamaq olub.

Əməliyyatdan ötən iki il ərzində həkimləri Zion-un bədəninin yeni əllərini bir nöqtədə qəbul etməyəcəyi narahat edirdi.

Lakin dərman müalicəsi bunun qarşısını aldı. Həkimlərin fikrincə, uğurun əldə olunmasında tibbi müalicə ilə yanaşı Zion-un nikbinliyi və qətiyyətli olması çox vacib idi.

Fotonun müəllifi CHILDREN'S HOSPITAL OF PHILADELPHIA

Ən diqqəti çəkən məqam isə Zion-un inkişafa davam etdiyi 2 və 8 yaş arasında əlləri olmamasına baxmayaraq beynin bu qədər yaxşı reaksiya verməsi olub.

Əməliyyatın baş carrahı Scott Levin Zion-da gördükləri inkişafı bu sözlərlə ifadə edib:

"Beyin əllərlə əlaqə qurur. Beyin hərəkət etməsini söyləyir və əllər hərəkət edir, Bu hər tərəfli inanılmazdır".

Əlaqəli mövzular

Bu barədə daha geniş