Çində WhatsApp-a senzura qoyulub?

Three men sitting at a table staring at their phones Fotonun müəllifi Getty Images

Çində WhatsApp istifadəçiləri xidmətin bəzi funksiyalarının işləmədiyini xəbər verdikdən sonra senzuranın təbiqi ilə bağlı iddialar yaranıb.

Senzura süzgəçini yarmaq üçün səs, şəkil və video ismarışlarını yalnız virtual özəl şəbəkə üzərindən (VPN) göndərmək mümkündür, istifadəçilər bildirir.

Problemlərin yaşandığı barədə ilk xəbərlər bazar günü verilib.

Lakin belə görünür ki, şifrələnmiş mesajlaşma xidməti çərşənbə günü səhər saatlarında normal qaydada işləyib.

Hazırda isə yenidən problemlərin ortaya çıxması barədə xəbərlər daxil olur.

Hakimiyyət mesajlaşma platformasının bloklandığını elan etməyib.

Çin onlayn xidmətlərinə qarşı məhduddiyyətlərin tətbiqi barədə iddiaları rədd edir.

WhatsApp hadisəyə münasibət bildirməyib.

Fotonun müəllifi Stephen McDonell / Twitter
Image caption Çində mənzillənən BBC müxbiri Stephen McDonell funksiyaların tam işləmədiyini bildirənlərdən biridir.

Əlaqəli mövzular

Bu barədə daha geniş