Regensburger Domspatzen qalmaqalı: Kilsə xorunda "60 ildə 547 üşaq təcavüzə məruz qalıb"

Kilise koro Fotonun müəllifi Getty Images

Almaniyada yayımlanan rəsmi hesabatda Regensburger şəhərindəki katolik kilsənin şagird xorunda yüzlərlə uşağın fiziki və cinsi təcavüzə məruz qaldığı iddiası irəli sürülüb.

Hesabatda Regensburger Domspatzen adlı xorunun 547 üzvünün 60 il ərzində fiziki və cinsi təcavüzə məruz qaldıqları iddia edilib.

Hesabatda xorda işləyənlər hadisələrə müdaxilə etməməkdə ittiham olunub.

Katolik kilsənin 49 üzvü 1945 və 1990-cı illər arasında bu cinayəti törətməkdə şübhəli hesab olunurlar.

Keçmiş Papanın böyük qardaşı da ittiham olunur

Hadisələrə etinasız qalmaqda ittiham olunanlar arasında keçmiş Papa XVI Benedictus-un böyük qardaşı və 30 il ərzində xoru idarə edən Georg Ratzinger də var.

Lakin hesabat müəllifi Ulrich Weber Georg Ratzinger-in cinsi təcavüz hadisələrindən xəbəri olmasına dair sübutun olmadığını bildirib.

Bundan başqa Weber "Ratzinger etinasızlıqda və baş verənlərə müdaxilə etməyi bacarmadığı üçün ittiham oluna bilər" deyib.

Hadisələrin üzərindən uzun müddət keçdiyinə görə, şübhəlilərə qarşı cinayət işinin qaldırılması ehtimal olunmur.

"Sakit qalmaq mədəniyyəti"

Qurbanlar yaşadıqlarının "həbsxana, cəhənnəm və düşərgəni" xatırlatdığını söyləyiblər.

Bəziləri isə baş verənləri söyləmədiklərini "sakit qalmaq mədəniyyəti" ilə əlaqələndiriblər.

Hadisələri araşdırmaq üçün təyin olunan vəkil Ulrich Weber Regensburger Domspatzen internat məktəbini həm ibtidai sinif həm də yuxarı siniflərdə iddia edilən cinayətlərin törədildiyini bildirilib.

Məktəbdən hələki iddialarla bağlı açıqlama verilməyib.

Fotonun müəllifi Getty Images
Image caption Hesabatda 30 ildir xoru idarə edən Georg Ratzinger-ə qarşı ağır ittihamlar irəli sürülüb

Ulrich Weber araşdırma nəticəsində 500 fiziki istismar və 67 cinsi təcavüz hadisəsini müəyyən etdiklərini bildirib.

Vəkil bu uşaqlardan bəzilərinin hər iki istismarın qurbanı olduqlarını da sözlərinə əalvə edib.

Araşdırma çərçivəsində bəzi keçmiş şagirdlərlə əlaqə yarada bilmədiklərdən həqiqi rəqəmin 700-ə qədər qalxacağı ehtimal olunur.

Hesabatda 49 kilsə üzvündən doqquzunun cinsi təcavüzdə iştirak etdiyi irəli sürülüb.

Min illik yaşı olan xor 2010-cu ildə cinsi təcavüz iddiaları ilə gündəmə gəlmişdi.

Kilsə qurbanlara 5 min və 20 min avro arası təzminat təklif etmişdi. Katolik kilsəsi son illərdə bir çox cinsi təcavüz iddiaları ilə gündəmə gəlmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş